A.Aqaq: “Ferrari dediyini əldə etmək istəyir”

Formula E-nin rəhbəri Alexandro Aqaq bildirib ki, Ferrari işləri xeyirinə dəyişdirmək üçün Formula1 rəhbərliyinə hədə-qorxu gəlir.

F-1.az xatırladır ki, Ferrari-nin prezidenti Sercio Markionne Formula1-in 2021-ci ildə qüvvəyə minəcək mühərrik qaydalarına etiraz etmiş və idmandan gedəcəklərini demişdi.

Alexandro Aqaq: “Məncə, Ferrari daha yaxşı müqavilə üçün hədə-qorxu gəlir. Deyəsən, tezliklə Formula1 rəhbərliyi ilə yenidən danışıqlar aparacaqlar və burada istədiklərini ala bilərlər.

Onları Formula E-də görmək çox gözəl olardı. Amma bu barədə Markionne ilə söhbət etməmişik. Bildiyim qədərilə hazırda bu seriya ilə maraqlanmırlar. Bir az düşünmək istəyirlər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*