Gələcək F1 gəlirlərinə dair etiraf Liberty-nin dərc etdiyi sənəddə gizlənmiş ən maraqlı təfərrüatlardan biridir. O, şirkəti idmana sərmayə yatırmağa nəyin vadar etdiyinə həsr olunub. Həmçinin, orada gələcəyə dair işarələr də az deyil.
F1 biznesinin bir parçası olan suallar və sövdələşmələr həmişə sirr haləsinə bürünüb – bununla belə, məhz harada axtarmaq lazım olduğu bilinsə, açıq mənbələrdə müəyyən rəqəmləri aşkar etmək tam mümkündür. Məlumatların bir hissəsi, misal üçün, iki il əvvəl planlaşdırılan, amma baş tutmamış Sinqapur birjasına çıxış ərəfəsində bəyan edilib.
Liberty Media-nın səhmləri Nyu-York birjasında alınıb-satılır, ona görə də Qran Prilərin yeni sahibləri məlum maliyyə şəffaflığını təmin etməlidirlər ki, həm hakimiyyət dairələrində, həm də mülkiyyətçilərdə artıq suallar yaranmasın.
Bu minvalla, xam – təzə başlayanlar üçün idmana giriş adlandırılması mümkün olan nəsnə yaradıldı – bu giriş Formula1-dən bixəbər Amerika biznes ictimaiyyətinin nümayəndələrinə hədəflənib.
Sənəd – “Formula One Group-u təqdim edirik” başlıqlı elektron təqdimat – onun başlığına çıxarılmış məhz həmin funksiyanı yerinə yetirirdi.
Burada Qran Priləri izləyənlər üçün elə də çox maraqlı olmayan məlumatlarla – komandaların, pilotların, mərhələlərin və bu kimi şeylərin siyahısı ilə birlikdə orada xeyli maraqlı maliyyə məlumatı, başlıcası da Liberty-nin F1-ə necə baxdığına dair təsviretmə də var.
Şirkət, “idman biznesinin ikonalarının” özünəməxsusluqlarını belə xülasə edir (sənəddəki sözlərə görə):
- unikal idman-əyləncə franşizası
- 67 illik tarixə söykənən klassik qlobal brend
- nəhəng beynəlxalq azarkeş bazası, KİV-lərdə geniş miqyaslı işıqlandırma
- bütün dünya üzrə 500 milyona yaxın nadir teletamaşaçılar
- imzalanmış gəlirli müqavilələrlə ifrat cəlbedici maliyyə vəziyyəti
Sonra Liberty təsdiqləyir ki, F1 dörd əsas mənbədən gəlirlər əldə edir və bunlardan üçü “əsas” adlanır.
Arayışda həmçinin, hər bir mənbənin nümunəvi faiz əmanəti göstərilir. Prinsipcə, Formula 1-in öz pullarını haradan toparladığı məlum olsa da, strukturlaşdırılmış mənzərəyə göz yetirmək maraqlıdır.
- Yarışların keçirilməsi
* təşkilatçıların keçirilmə və mərhələlərin irəlilədilməsi üçün ödədikləri üzvlük haqları
* müqavilələr, bir qayda olaraq, zaman ötdükcə məbləğlərin avtomatik artımını nəzərdə tutur. Əmanət haradasa, 30-35%-dir (müddət – 5-10 və daha artıq ildir)
- Televiziya işıqlandırılması
* təqribən 100 teleşirkətlə müqavilə
* yayımçı ilə ortabab müqavilə adətən, dəyərin ilbəil artmasını nəzərdə tutur.
* F1 tarix boyu yarışmaları birbaşa efirdə göstərir. Yatırım – haradasa 30-35% (müddət – 3-6 il)
- Reklam və sponsorluq
* qlobal tərəfdaşlar və rəsmi tədarükçülər
* ayrı-ayrı yarışların titul sponsorluğu
* traslarda reklam. Yatırım – haradasa, 15% (müddət – 3 və daha artıq il)
- Digərləri
* qonaq zonalarını (Paddok-klub), yüklərin çatdırılmasını və teleistehsalı əhatə edir. Yatırım – haradasa, 20%
Maraqlısı odur ki, Liberty F1-i “uzunmüddətli müqavilələr olan azriskli biznes-model” kimi təsvir edir
- çoxsaylı gəlir mənbələri
- yüksəkkeyfiyyətli və dövlət kontragentləri
- 2026-cı ilə qədər hesablanmış uzunmüddətli müqavilələrdən təqribən 9,3 mlrd. dollar gəlir
- F1-in özünün müqavilələr üzrə məhdudlaşdırılmış öhdəlikləri
- biznesin uğuru birbaşa olaraq təsadüfi amillərlə bağlı deyil.
Sonuncu ibarə orijinal versiyada çox vaxt musiqi ya da oyun sənayesində istifadə olunur. Onun məğzi ondadır ki, F1 daimidir, dəbdən və ya tendensiyalardan asılı deyil.
“Dövlət kontragentləri” bildirir ki, nə qədər çox sayda yarışma milli, regional ya da yerli hakimiyyətlər tərəfindən ödənilir ya da maddi yardım edilir.
Bundan başqa, bilmək maraqlıdır ki, 9,3 mlrd. dollara artıq yaxın onilliklər üçün müqavilələrlə zəmanət verilib. Bu rəqəmə həmin müddətdə bağlanacaq yeni razılaşmalardan gələcək pullar da əlavə olunacaq – heç kim dəqiq bilmir ki, bunlar məhz hansı məbləğlər olacaq və haradan gələcək.
Rəqəmlər çox təəssüratoyadıcıdır
Liberty həmçinin, F1-in dörd əsas yayım tərəfdaşının (Sky, RTL, RAI Sport və TV Globo), sponsorlar sırasından olan altı qlobal tərəfdaşın (Heineken, Pirelli, Rolex, Tata, UBS və Emirates) və bir də yarışların daha dörd digər titul sponsorlarının (Gulf Air, Etihad, Singapore Airlines və Petronas) adını çəkir. Yeri gəlmişkən, hazırkı mövsümdə 21 Qran Pridən yalnız doqquzunun titul sponsoru var.
Həmçinin, arayış müəllifləri son 3 il üçün gəlir və mənfəət rəqəmlərini göstərirlər – və 2016-cı il üçün proqnoz verirlər. Əgər siz maliyyə hesabatları ilə, vergilər ödənilənədək olan gəlirlərlə və bu cür davam etməklə digər qaydalarla tanış deyilsinizsə, biz əsas rəqəmləri veririk. Bu, F1-in komandalara ödəmələrdən əvvəl və sonra olan gəlirlərin məbləğidir.
2013 | 2014 | 2015 | 2016 | |
Yarışların sayı | 19 | 19 | 19 | 21 |
Gəlir (mlrd. dollarla) | 1,639 | 1,702 | 1,687 | 1,829 |
Yekun* (mln. dollarla) | 478 | 482 | 464 | 479 |
* – faizlərə məsrəflər, vergilər və amortizasiyaya görə çıxmalara qədər olan gəlirin həcmi
“Yekun” sətri sərmayədarlar üçün olduqca sanballı və cəlbedici görünür. Axı gələcəkdə nə baş verəcək və Liberty-yə nə gətirəcək? “Strateji uzunmüddətli sahiblik” bölməsində şirkət, idmanın onun rəhbərliyi altına yollanacağı istiqaməti təsvir edir.
- Formula 1-i uzunmüddətli idman gəliri, onun heyranlarının və bizim səhmdarlarımızın mənfəəti nöqteyi-nəzərindən inkişaf etdirmək imkanı.
- kütləvi informasiya vasitələri, əyləncələr, birbaşa yayımlar və rəqəmsal texnologiyalar sahəsində olduqca geniş təcrübə.
- Liberty Media Group, gözlənildiyi kimi, adı dəyişdirilərək, Formula One Group adlandırılacaq. Bu sənədin aşağı hissəsində Liberty özünün gələcək planlarını konkretləşdirir, onları “Formula 1-də böyük imkanlar” adlandırır, ədəblə işarə edir ki, onlar “indiki idarəetmə, komandalar və FIA tərəfindən yaradılmış möhkəm özüllə birləşdiriləcək”.
- F1 dünyada kommersiya idman əyləncəsinin aparıcı franşizasıdır.
- idmanı, bütün maraqlı tərəflərin (azarkeşlər, komandalar, tərəfdaşlar, səhmdarlar) mənafeyi naminə inkişaf etdirmək imkanı.
Bir neçə seçkin imkanlar özündə bunları əhatə edir:
- F1-in irəliləməsinin və marketinqinin idman və brend kimi genişləndirilməsi
- kontentin paylaşdırılmasının yaxşılaşdırılması, xüsusən rəqəmsal şəkildə
- kommersiya tərəfdaşlarının, o cümlədən sponsorların daha geniş spektrinin müəyyənləşdirilməsi
- seriyanın təqviminin inkişafı
- Liberty-nin təcrübəsindən birbaşa yayımlarda və rəqəmsal monetləşdirmədə istifadə olunması
Aşkar əlamətlərə görə, Liberty 21 mərhələdən ibarət cari təqvimi genişləndirməyə ümid edir. “Təqvimin qlobal inkişafının uğurlu variantları siyahısı” altında o, təqvimə 2004-cü ildən əlavə olunmuş 13 yeni ya da dirçəldilmiş (ABŞ, Avstriya və Meksika) yarışlarının təsviretməli qrafikini göstərir. Bununla bərabər, Türkiyə, Valensiya və Hindistanın bu siyahıdan yoxa çıxması haqqında heç bir xatırlatma gözə dəymir. Bir çoxlarının sevimlisi olan Manyi-Kur, Nürburqrinq və Fudzinin yarışmaların qəbulunu davam etdirmək iqtidarında olmamaları barəsində də heç bir məlumat yoxdur.
- 2016-cı ildə dünya çempionatı təqviminin 21 mərhələyə qədər genişləndirilməsi (bütün müddət ərzində 32 ölkə mərhələləri öz ərazisində qəbul edib) tarixi müvəffəqiyyət oldu
- yeni cəlbedici bazarlarda potensial gələcək mərhələlər
- təqvimin genişləndirilməsi yeni seyrçi auditoriyası ərsəyə gətirir və kommersiya imkanlarını artırır
Qeyd etmək maraqlı olar ki, sövdənin yekun məhrəhələsi başa çatdıqda, Liberty-nin 35,3 faizlik səhmlər paketi özündə, yaradıcısı Con Melouna məxsus olan 3,1 faizi, prezidenti və icraçı direktoru Qreq Maffiyə məxsus 1 faizi birləşdirəcək. Bəzilərinin gözləyə biləcəklərinin əksinə olaraq, CVC əvvəlkitək əhəmiyyətli hissəni qoruyub saxlayır.
Liberty-nin gəlişindən sonra bütün səhmdarlar arasındakı səhm paketləri bu cür dəyişəcək:
Liberty: 0%-dən 35,3%-dək
CVC: 38,1%-dən 24,7%-dək
Waddell & Reed: 20,5%-dən 13,3%-dək
LB I Group (Lehman): 12,1%-dən 7,8%-dək
Bambino Holdings: 8,4%-dən 5,4%-dək
Norges: 4,1%-dən 2,7%-dək
Berni Ekklstoun: 3,3%-dən 2,1%-dək
F1 idarəetməsi: 2,8%-dən 1,8%-dək
digərləri: 10,6%-dən 6,9%-dək
Haradasa, “digərləri” bölümünün dərinliklərində FIA və Ferrari Spa kimi səhm saxlayıcılarına məxsus təqribən 1 faizlik səhmlər var.
İki səhm sahibindən birincisi ilə nə baş verəcəyini biz hələ aydınlaşdırmalıyıq, amma komandalar çox güman ki, əlavə səhmlər əldə etmək imkanı qazanacaqlar – bu halda Ferrari düşünmədən öz paketini artırmaq imkanından yararlanacaq.
Formula 1 hissəsinə sahib olan iştirakçılar? Gec olsa da, güc olar…