F-1.az xəbər verir ki, reqlamentə görə güc qurğusu 6 elementdən ibarətdir: daxiliyanma mühərriki, turbin, MGU-H və MGU-K generatorları, akkumulyator və idarəeetmə bloku.
Cümə günü FİA maşınlarda olan elemtlərin sayını dərc etdikdən bir qədər sonra komadnaların bəzi maşınlardan müəyyən elementləri dəyişdiyini bəyan edib. Belə ki, Quanyu Çjou, Valtteri Bottas, Kevin Maqnussen, Esteban Okon, Pyer Qasli, Lando Norris, Nik de Friz və Loqan Sarcentin maşınlarındakı güc qurğularında müəyyən elementlər yenilənib.
Bu əvəzləməl icazəli limit çərçivəsində edildiyi üçün sürücülərə qarşı heç bir sanksiya tətbiq edilməyəcək.