8 maşında güc qurğusunun elementləri dəyişdirilib

FİA birinci sərbəst yürüşlərdən əvvəl 8 maşının güc qurğusunda dəyişikliklər edildiyini təsdiqləyib.

F-1.az xəbər verir ki, dəyişikliklər aşağıdakılardan ibarətdir:

Niko Hülkenberq beşinci daxili yanma mühərriyi (İCE) və turbinə (TC), altıncı MGU-H və dördüncü MGU-K generatorlarına;

Brendon Hartli altıncı daxili yanma mühərriyi (İCE) və MGU-H generatoruna, beşinci rekuperasiya sisteminin akkumulyatoru (ES) və elektron idarəetmə blokuna (CE);

Maks Ferstappen və Roman Qrojan dördüncü rekuperasiya sisteminin akkumulyatoru (ES) və elektron idarəetmə blokuna (CE);

Stoffel Vandorn səkkizinci daxili yanma mühərriyi (İCE);

Esteban Okon və Williams sürücüləri dördüncü MGU-K generatoruna keçiblər.

Beləliklə, bu dəyişikliklərdən sonra startda Vandorn 5, Hülkenberq 20, Hartli isə 25 yer itirəcəklər. Həftəsonu yeni başlayıb və çox güman ki, cərimələr bununla yekunlaşmayacaq…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*