F-1.az xatırladır ki, Ferrari ilə hər iki sürücüsü arasındakı müqavilə ilin sonunda bitəcək. Bəzi şayiələrə görə isə Ferrari-nin hədəfində Ferstappen, Sayns və Rikkardo var.
Sercio Markionne: “Maks hələ gəncdir və qarşısında uzun illər var. Ferrari isə 70 ildir ki, buradadır və hazırda çox yaxşı işlər görürük. Ferstappen hazırda inkişaf edir. Çox böyük potensialı var və gələcəkdə çox böyük işlər görəcəyinə əminəm.
Hazırda sürücü heyətimizlə bağlı çıxan xəbərlər barədə danışmaq istəmirəm. Mövsüm uzundur və yeganə məqsədimiz çempionluqdur. Bazamızda çoxlu istedadlı mühəndislərimiz var və hamısına güvənirəm. Uzun müddətdən sonra rəqabətədavamlı bolid düzəltmişik və çempion olacağımıza inanıram”.