F-1.az xəbər verir ki, Alonsodan başqa, digər 6 sürücünün maşınında edilən dəyişikliklər icazə verilən limitlər daxilində olduğundan, heç biri cərimələnməyib. Dəyişikliklər aşağıdakılardan ibarətdir:
Hər iki Mercedes AMG sürücüsü üçüncü daxili yanma mühərriyi (İCE), turbinə (TC), MGU-H və MGU-K generatorlarına;
Sebastyan Fettel üçüncü daxili yanma mühərriyi (İCE) və elektron idarəetmə blokuna (CE);
Kimi Rəykkönen üçüncü daxili yanma mühərriyi (İCE) və MGU-H generatoruna, dördüncü turbinə (TC);
Karlos Sayns dördüncü MGU-H generatoruna;
Fernando Alonso beşinci rekuperasiya sisteminin akkumulyatoruna (ES);
Niko Hülkenberq üçüncü MGU-K generatoruna keçiblər.