F-1.az bildirir ki, sıralanma turunda yağan ayağışa görə sürücülərin maşınında sprey çıxıb. Buna görə də onlar güzgüdən arxalarınə görməkdə çətinlik çəkiblər. Trafik də bol olduğu üçün trasda tez-te əngəlləmələr görmüşük. Buna görə də FİA üçün çox gərgin bir gün olub. Onlar əngəlləməyə görə Karlos Sayns, Yuki tsunoda və yerli qəhrəman Ləns Strollu stüardların otağına dəvət ediblər.
Tsunoda iki fərqli qayda pozuntusuna görə araşdırılırdı. Yaponiyalı sürücü əvvəlcə Hülkenberqi, sonra isə Lekleri bloklamışdı. Yəni ona startda 6 yer itirmək cəzası gələ bilərdi. Lakin stüardlar Lekler ilə olna insidentə görə 23 yaşlı pilota cəza verməyiblər. Tsunoda sadəcə Hülkenberqi əngəllədiyi üçün yarışın startında 3 yer itirəcək.
Yerli qəhrəman Ləns Stroll isə ikinci sessiyada Esteban Okonu əngəlləmişdi. Aston MArtin komandasının sürücüsü bu hərəkətinə görə yarışın staartında 3 yer itirəcək. Beləliklə, Yuki Tsunoda yarışa 19-cu, Ləns Stroll isə 16-cı yerdən başlayacaq.
Qeyd edək ki, daha əvvəl Karlos Sayns birinci sessiyanın sonunda Esteban Okonu əngəllədiyi üçün yarışın startında 3 yer itirmək cəzası almışdı. Karlos Sayns isə yarışa 11-ci yerdən başlayacaq.