F-1.az xatırladır ki, britaniyalı avtomobil istehsalçısı 1960-cı ildən sonra ilk dəfə bu il Formula1-də çıxış edəcək. Komanda əfsanəvi zümrüd yaşılı rəngdən istifadə etmək üçün BWT ilə olan tərəfdaşlığı pozub və onlarla yenidən kiçikhəcmli müqavilə bağlayıb.
Yeni boliddə əsasən parlaq zümrüd yaşılından istifadə olunub. Bolidin üstündə qara və çəhrayı rəngləri də görürük. Ön qanadda isə Aston Martin-in adı yazılıb. Burunda, saydpodlarda və arxa qanadda isə titul sponsoru Cognizant-a yer verilib. BWT loqotipi motor qapağının arxasında, sürücünün başlığında və burun hissədə yerləşdirilib.
Keçən il Saxir Qran Prisində Serxio Pereslı qələbə qazanan britaniyalılar bu il heyətində dəyişiklik edib. Meksikalı Peresi dördqat Dünya Çempionu Sebastyan Fettel əvəz edib.