F-1.az xatırladır ki, buna baxmayaraq, Niko geridə qoyduğumuz mövsümdə Monako yarışında paddokdan aralıda Sky Sports-a müsahibələr verməklə kifayətlənib.
Yayda məlum olub ki, Rosberq Covid-19-a qarşı peyvənd olunmaqdan imtina etdiyi üçün paddoka daxil olmaqdan məhrum edilib. Keçmiş yarışçı peyvənd etmək istəməməsini onun koronavirusa yoluxması və qanında antikorların olması ilə izah edib.
Bir gün əvvəl FIA Dünya Şurası tələbləri yumşaldaraq yeni koronavirus qaydalarını təsdiqləyib. Artıq peyvənd sertifikatı tələb olunmur və yarış ərazilərində koronavirus testi mərkəzləri olmayacaq. Beləliklə, Niko Rosberq növbəti mövsümdən Formula1 padokuna qayıda biləcək.
FİA çempionat iştirakçılarının şəffaflığına güvənir. Simptomları olan hər kəs Covid-19 üçün özünü test etməli və müsbət olarsa, karantində qalmalıdır. Paddoka giriş aktiv xəstələr insanlar üçün bağlanacaq və bu tələb sürücülərə da aiddir.