ABŞ-2022: Üçüncü sərbəst yürüşlər

Dünənki ikinci məşqlər 2023-cü ilin təkərlərinin və hissələrinin sınağına həsr olunduğundan, komandalar sıralanma turuna hazırlığı son məşqlərə saxlayıblar.

F-1.az bildirir ki, asfaltın rezin qatı ilə örtülməsi nəticəsində trasın vəziyyəti xeyli yaxşılaşıb və bu da nəticələrə öz təsirini göstərib. Güclü külək sazlanmaların tapılmasında çətinlik yaradıb.

Sessiyanın əvvəlində Şumaxerin maşınında hidravlik sızma olub və maşını mexaniklərə təhvil verib. Rikkardo da əyləc pedalından şikayətlənərək boksa qayıdıb, lakin bir qədər sonra proqramına davam edə bilib. Çjou da nasazlığa görə cəmi 3 dövrə ilə kifayətlənməli olub.

Ən sürətli dövrə bu dəfə Maks Ferstappendən gəlib – 1:35.825.

Bizi maraqlı sıralanma turu gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 1 Maks Ferstappen Red Bull 1:35.825 21
2 16 Şarl Lekler Ferrari 1:36.145 + 0:00.320 17
3 55 Karlos Sayns Ferrari 1:36.271 + 0:00.446 24
4 11 Serxio Peres Red Bull 1:36.397 + 0:00.572 19
5 44 Lyuis Həmilton Mercedes 1:36.401 + 0:00.576 16
6 14 Fernando Alonso Alpine 1:36.928 + 0:01.103 13
7 63 Corc Rassell Mercedes 1:37.064 + 0:01.239 20
8 5 Sebastyan Fettel Aston Martin 1:37.151 + 0:01.326 18
9 18 Ləns Stroll Aston Martin 1:37.215 + 0:01.390 19
10 10 Pyer Qasli AlphaTauri 1:37.290 + 0:01.465 17
11 77 Valtteri Bottas Alfa Romeo 1:37.310 + 0:01.485 22
12 4 Lando Norris McLaren 1:37.449 + 0:01.624 18
13 31 Esteban Okon Alpine 1:37.468 + 0:01.643 17
14 20 Kevin Maqnussen Haas 1:37.519 + 0:01.694 20
15 3 Daniel Rikkardo McLaren 1:37.622 + 0:01.797 15
16 22 Yuki Tsunoda AlphaTauri 1:37.888 + 0:02.063 18
17 23 Aleksander Elbon Williams 1:37.904 + 0:02.079 17
18 6 Nikolas Latifi Williams 1:38.028 + 0:02.203 17
19 47 Mik Şumaxer Haas 1:38.132 + 0:02.307 12
20 24 Quanyu Çjou Alfa Romeo 1:39.735 + 0:03.910 3
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*