F-1.az xatırladır ki, ispaniyalı sürücü idmana qayıtdıqdan sonra gözlənilən performansı göstərə bilməyib. O, mövsümün 4 yarışının 2-dən xal ala bilib və bütün yarışlarda komanda yoldaşı Okonun gerisində qalıb.
Marçin Budkovski: “Müasir dövrdə yeni komandaya öyrəşmək çətindir. Fernando çox güclü sürücüdür. Lakin burada boliddən tam potensialı çıxara bilməsəniz, geridə qalırsınız.
Alonso köhnə formasına nə zaman qayıdar bilmirəm. Lakin o hələ də Alonso olduğunu bilir. Bir gecə içində zəifləyə bilməzsiniz. O, işini yola vermir. Ancaq onun çətinlik çəkəcəyini gözləməzdim”.