S.Peres gələcəyi barədə qərar verib

Serxio Peres daha bir il Racing Point komandasında qala bilər.

F-1.az xatırladır ki, meksikalı sürücü 2014-cü ildə o vaxtkı adı ilə Force İndia komandasına transfer olmuş və burada 5 dəfə podiuma yüksəlmişdi. Keçən il komandanın adı Racing Point olaraq dəyişdirilsə də, Peres komandada qalmışdı. 29 yaşlı sürücünün gələn il də çəhrayı maşınla yarışması gözlənilir.

Serxio Peres: “Hadisələrin gedişatından razıyam. Uzun müddətdir ki, buradayam və komandanın potensialından xəbərdaram. Əgər razılığa gəlsək, davam edəcəm. Komanda qalmağımı istəyir və mən də burada yarışmaq istəyirəm. Ümid edirəm ki, yaxşı olar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*