4 sürücünün güc qurğusunda dəyişiklik olub

Hollandiya Qran Prisindən əvvəl 4 sürücünün güc qurğusunda dəyişiklik olub.

F-1.az xatırladır ki, Haas və Alfa Romeo sürücüləri hələ də ikinci güc qurğularında idilər. Onlar Zandfortdakı yarışdan əvvəl son güc qurğularını götürüblər. Rəykkönen, Covinatsi, Mazepin və Şumaxer bu il üçüncü daxiliyanma mühərriyi, turbo və MGU-H generatorlarına keçiblər.

Bundan başqa 5 sürücü qazburaxma sistemini dəyişib. Lando Norris və Sebastyan Fettel dördüncü, Şumaxer və Mazepin isə beşinci, Karlos Sayns isə altıncı qazburaxma sisteminə keçiblər.

Qeyd edək ki, hər sürücü 8 qazburaxma sistemindən istifadə edə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*