4 komanda təkər testlərində iştirak edəcək

Pirelli-nin proqramı çərçivəsində 2023-cü ilin təkər testləri növbəti həftə baş tutacaq və bunun üçün 4 komanda Avstiya Qran Prisindən sonra Şpilberqdə qalacaq.

F-1.az bildirir ki, McLaren və Williams komandaları çərşənbə axşamı və çərşənbə günlərində, Red Bull və Alpine isə yalnız bir gün işləyəcək.

Ümumilikdə isə gələn ilin təkərlərinin yoxlanılması üçün 23 test günü təyin edilib və testlər artıq İmoladakı yarışdan sonra başlayıb. Daha sonra isə Ferrari doğma Fiorano trasında təkərlər üzərində işləyib.

Gələn ilin təkərləri ilə bağlı ən mühüm planın ön təkərlərin aşınmasının azaldılması olduğu güma edilir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*