37 yaşlı Rəykkönen karyerasını bitirmək istəmir

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, 2017-ci ildən sonra da komandada qalmaq istəyir.

F-1.az xatırladır ki, finlandiyalı sürücünün Ferrari ilə müqaviləsi ilin sonunda bitəcək. Amma 37 yaşlı sürücü hələ də karyerasını davam etdirmək istəyir. Qeyd edək ki, Kimi Rəykkönen Formula1 karyerasında yeganə Dünya Çempionluğunu 10 il əvvəl Ferrari komandası ilə qazanmışdı.

Kimi Rəykkönen: “Sürməkdən həzz alacağım müddətdə Formula1-də qalmağa davam edəcəm. Təbii ki, ilk məqsədim Ferrari-də qalmaqdır. Buranı yaxşı tanıyıram və komandanın bir üzvü olduğum üçün xoşbəxtəm. 2007-ci ildəki çempionluğumu heç vaxt unuda bilmərəm. Ferrari-də mənimlə həmişə yaxşı davrandılar və mən də əlimdən gələnin ən yaxşısını edərək onlara təşəkkür etməyə çalışdım. Mövsümün sonunda müqaviləmi uzadarlarmı, bilmirəm, amma mən komandada qalmaq istəyirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*