3 komanda büdcə limitini aşıb?

Bəzi iddialara görə 3 komanda keçən il büdcə limitini aşıbdır.

F-1.az xatırladır ki, büdcə limiti idmana 2021-ci ildə gətirilib. 2022-ci ildə FİA bu limitin aşılıb-aşılmadığını ilk dəfə müəyyən etmişdi.

FİA-nın araşdırmasına görə Red Bull 2021-ci ildə büdcə limitini aşmış və buna görə qırmızı öküzlərə 10 milyon dollar pul cəzası, aerodinamik boruda iş vaxtının 10 faiz azaldılmadı cəzası verilmişdi. Aston Martin və Williams komandaları da qayda pozuntusuna görə cəza almışdılar.

İtaliya mətbuatının verdiyi xəbərə görə 2022-ci ilin sənədləri yayımlananda 3 komandanın büdcə limitini aşdığı məlum olacaq.

Mercedes komandasının rəhbəri Toto Volff büdcə limitini aşan komandanın növbəti illərdə çətinlik çəkəcəyini düşünsə də, Red Bull komandasının builki hegemonluğu hər şeyin əksini göstərir.

Avstriya komandasının aldığı 7 milyon dollarlıq pul cəzası və aerodinamik boruda iş vaxtının 10 faiz azaldılması hələki komandaya mənfi təsir etməyib. “Qırmızı öküzlər” 10 yarışın hamısını qazanıblar. Cəza bu ilin qalanında təsirini göstərsə də, Red Bull böyük ehtimalla yenə də çempion olacaq.

Red Bull komandası indidən bütün resurslarını 2024-cü il maşınına yönləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*