F-1.az xəbər verir ki, bu ayın sonunda komanda nümayəndələrinin və digər maraqlı tərəflərin Cenevrədə görüşü planlaşdırılıb.
Pət Simonds: “Güc qurğusunun reqlamenti dərc olunub, lakin iş hələ bitməyib – indi biz hər şeyi qaydasına salırıq. Artıq bir neçə ildir ki, şassi ilə bağlı əsas reqlamentlərlə işləyirik, yanvarın 25-də Cenevrədə komandalarla görüş keçirəcəyik, orada 2026-cı ildə həyata keçirmək istədiyimiz ideyaları təqdim edəcəyik və onların bu mövzuda fikirlərini öyrənəcəyik.
Komandalar nə qədər tez başlasalar, bir o qədər yaxşıdır. Hər il yeni maşın hazırlayanda bilirdim ki, bu, keçənilki maşından daha yaxşıdır, amma gələcək maşından daha pis olacaq. Ona görə də bu işə nə qədər tez başlasanız, bir o qədər yaxşıdır”.