2026-cı ilə qədər yeni motor təchizatçısı gözlənilmir

Bu barədə Formula1-in idman direktoru Ross Braun danışıb. Hazıda F1-də 4 motor təchizatçısı var ki, bunlar da Mecedes, Ferrari, Renault və Honda-dır.

F-1.az bildirir ki, təcrübəli mütəxəssis 2025-ci ildə olacaq reqlament dəyişikliyindən sonra yeni “motorçu” şirkətin idmana gəlməsi üçün ən azı 12 ay müddətin lazım olduğunu düşünür.

Ross Braun: “Əslində, 2026-cı il çox da uzaq deyil. Formula1-ə gəlmək istəyən şirkət varsa, artıq 18 ay sonra çalışmalara başlamalıdır. Buna görə də, yaxın gələcəkdə istehsalçılarla birlikdə yeni qaydaların necə olacağına qərar vermək istəyirik. Yeni şirkətlərin maraqlarını cəlb edəcək reqlament hazırlamaq üçün yaxşı fürsətimiz var. Artıq çox müasir motorlar olmalıdır.

2025-ci ilə qədər heç bir təchizatçının gəlməməsinin səbəbi buna hazır olmaq üçün çox pul və vaxtın tələb olunmasıdır. İndi heç kim 5 il sonra reqlamentin dəyişəcəyini bildiyi halda, bu qədər xərc çəkməz”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*