F-1.az xəbər verir ki, son məlumata görə, 2024-cü il mövsümünü Səudiyyə Ərəbistanı Qran Prisi açacaq. Bu, Avstraliyanın Viktoriya ştatı hökumətinin Melburn yarışı ilə bağlı müqavilənin müddətini 2037-ci ilə qədər uzatmaq barədə bugünkü bəyanatından məlum olub.
“Müqavilənin uzadılması zamanı razılaşmaya yeni bir şərt də əlavə olunub: Melburn 2023-2037-ci illər arasında Formula1 mövsümünün ilk mərhələsinə ən azı dörd dəfə ev sahibliyi edəcək, – deyə əyalət hökumətinin bəyanatında bildirilib. – 2024-cü ildə Səudiyyə Qran Prisi mövsümü açacaq ki, bu da yarışın Ramazanla kəsişməməsi üçün ediləcək”.
2024-cü ildə Ramazan ayı martın 10-dan aprelin 8-dək davam edəcək. Beləliklə, ehtimal etmək olar ki, 2024-cü ildə Formula1 mövsümü martın 1-3-də, yəni ayın ilk həftəsonunda başlayacaq.