F-1.az xatırladır ki, əvvəlcə çempionatın planları 2023-cü ilə qədər xərclərin maksimal həddini 135 milyon dollara endirmək idi. Lakin sprint formatının tətbiqindən, təqvimdəki yarış sayının artımından və qlobal inflyasiyadan sonra bu hədd dəyişib. Qeyd olunur ki, komandalar sprint yarışları zamanı qəzaların baş verdiyini və təmir üçün əlavə maliyyə vəsaiti tələb olunduğunu əsas gətirərək, hər bir belə format üçün büdcə limitinin 150 min dollar artırılmasını tələb edirlər. 2023-cü ildə Formula 1 təqvimində altı sprint yarışı olacaq. Buna uyğun olaraq komandaların büdcələri də artmalıdır.
Auto Motor und Sport-un fikrincə 2023-cü ilin büdcəsi indi müəyyən olunsaydı, o zaman 24 Qran Pri və 6 sprint nəzərə alınmaqla, təxminən 154,7 milyon dollar olardı ki, bu da əvvəl planlaşdırılan 135 milyon dollardan xeyli çoxdur. Xatırladaq ki, bu mövsüm üçün bir neçə ay əvvəl 140 milyon dollardan 146,3 milyon dollara düzəliş edilib. 2021-ci ildə isə limit təxminən 149,1 milyon dollar idi…