2023-cü ildə Formula1 həftəsonu cədvəli

2023-cü ildə Formula1-də 23 mərhələnin keçirilməsi planlaşdırılır - mövsüm martın 5-də Bəhreyndə başlayır və noyabrın 26-da Əbu Dabidə başa çatacaq.

F-1.az xəbər verir ki, mövsüm şənbə sprintli altı mərhələni əhatə edir – Azərbaycan, Avstriya, Belçika, Qətər, ABŞ (Ostin) və Braziliyada.

Las Vegas Qran Prisini ayrıca vurğulamağa dəyər – şəhər küçələrində baş tutan mərhələ yerli vaxtla gecə olacaq: birinci və ikinci məşqlər cümə axşamı, üçüncü məşq və sıralanma turu cümə günü, yarış isə şənbə günü. Bununla belə, Bakı vaxtına əsasən, Veqasdakı yarış bazar günü, noyabrın 19-da səhər saat 10-da başlayacaq.

Mövsümün bütün Avropa yarışları yerli vaxtla saat 15:00-da başlayır. Kanada, Yaponiya, Ostin, Mexiko və Braziliyada yarışa başlamaq üçün ən erkən yerli vaxt saat 14:00-dır.

FİA 2022-ci il mövsümündə cümə səhəri bütün mətbuat tədbirlərinin keçirilməsi ideyasından imtina etdikdən sonra 2023-cü ildə cümə məşqinin başlanğıcı yarım saat əvvələ çəkilib.

2023-cü il MÖVSÜMÜ ÜÇÜN HƏFTƏSONU CƏDVƏLİ (Bakı vaxtı ilə)

Qran Pri 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya Sıralanma turu Yarış
Bəhreyn 15:30-16:30 19:00-20:00 15:30-16:30 19:00-20:00 19:00
Səudiyyə Ərəbistanı 17:30-18:30 21:00-22:00 17:30-18:30 21:00-22:00 21:00
Avstraliya 05:30-06:30 09:00-10:00 05:30-06:30 09:00-10:00 09:00
Azərbaycan 13:30-14:30 Sıralanma: 17:00 13:30-14:30 Sprint: 17:30 15:00
Mayami 21:30-22:30 01:00-02:00 20:30-21:30 00:00-01:00 23:30
Emiliya Romanya 15:30-16:30 19:00-20:00 14:30-15:30 18:00-19:00 17:00
Monako 15:30-16:30 19:00-20:00 14:30-15:30 18:00-19:00 17:00
İspaniya 15:30-16:30 19:00-20:00 14:30-15:30 18:00-19:00 17:00
Kanada 21:30-22:30 01:00-02:00 20:30-21:30 00:00-01:00 22:00
Avstriya 15:30-16:30 Sıralanma: 19:00 14:30-15:30 Sprint: 18:30 17:00
Böyük Britaniya 15:30-16:30 19:00-20:00 14:30-15:30 18:00-19:00 18:00
Macarıstan 15:30-16:30 19:00-20:00 14:30-15:30 18:00-19:00 17:00
Belçika 15:30-16:30 Sıralanma: 19:00 14:30-15:30 Sprint: 18:30 17:00
Niderland 14:30-15:30 18:00-19:00 13:30-14:30 17:00-18:00 17:00
İtaliya 15:30-16:30 19:00-20:00 14:30-15:30 18:00-19:00 17:00
Sinqapur 13:30-14:30 17:00-18:00 14:30-14:30 17:00-18:00 16:00
Yaponiya 06:30-07:30 10:00-11:00 06:30-07:30 10:00-11:00 09:00
Qətər 14:30-15:30 Sıralanma: 18:00 14:30-15:30 Sprint: 18:30 18:00
ABŞ 21:30-22:30 Sıralanma: 01:00 22:00-23:00 Sprint: 02:00 23:00
Meksika 22:30-23:30 02:00-03:00 21:30-22:30 01:00-02:00 00:00
Braziliya 18:30-19:30 Sıralanma: 22:00 18:30-19:30 Sprint: 22:30 21:00
Las Veqas 06:30-07:30 10:00-11:00 06:30-07:30 10:00-11:00 10:00
Əbu Dabi 14:30-15:30 16:00-17:00 14:30-15:30 18:00-19:00 17:00
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*