2021-ci ilin maşının prototipinin aerodinamik boruda testləri reallaşdırılıb

Formula1 2021-ci ildə texniki reqlamentdə böyük dəyişikliklərə gedəcək. Əsas hədəflər daha sıx mübarizələrə imkan verən, daha aqressiv görünüşə malik avtomobillərdir. Reqlamentin təsdiqi oktyabrın sonuna qədər təxirə salınsa da, çalışmalar tam sürəti ilə davam edir.

F-1.az bildirir ki, FİA-nın Strateji İşçi Qrupu keçən ay baş tutan Almaniya Qran Prisindən əvvəl aerodinamik boruda 2021-ci ilin avtomobilinin prototipini ilk dəfə test edib. Test üçün 18 düymlük təkərləri olan, real maşının 50%-i ölçülərində prototipdən istifadə edilib.

FİA real maşında saydpodların və arxa qanadın prototipdəki kimi olacağına inanır, maşının burun hissəsindəki çalışmalar isə davam edəcək. Testlərin məqsədi dəyişikliklərin maşının arxasındakı hava axınının pozulmasını azaldıb azaltmayacağını yoxlamaq olub. Nəticələr göstərir ki, müsbət nəticə əldə edilib – hazırda arxada hücum edən maşın asfaltayatma qüvvəsini 50% itirirsə, dəyişikliklərdən sonra bu rəqəm 10%-ə enəcək.

Pət Simondsun fikrincə, hər şey uğurlu alınıb: “Nəticələr layihəyə başladığımız zaman qoyduğumuz hədəfləri keçib”

https://www.youtube.com/watch?v=sn2eisHLwwk&t=7s

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*