2021-ci il planları: yeni traslar, 22 yarış

Koronavirusun yaratdığı qlobal vəziyyət Formula1-ə də ciddi təsir edib. Artıq ilk 10 yarış təxirə salınıb və ya ləğv edilib. Lakin çempionatın rəhbərliyi bunun 2021-ci il təqviminə təsir etməyəcəyini düşünür.

F-1.az bildirir ki, Çeyz Keri çempionatın sahibi Liberty Media-nın gələn illə bağlı planlarından danışıb.

Çeyz Keri: “Məqsədimiz 2021-ci ilin təqvimini bu ilin yanvarında planlaşdırdığımız kimi tərtib etməkdir. Əlbəttə ki,azarkeşlərin və səhmdarların xoşuna gələcək yeni traslarla danışıqlar apardığımız üçün bəzi dəyişikliklər mümkündür. Amma yenə də, əvvəlcədən planlaşdırdığımız kimi olacağını gözləyirik. Təbii ki, gələcəyi proqnozlaşdıra bilmərik, amma planımızda 22 yarış var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*