F-1.az xatırladır ki, hamı Çin Qran Prisinin qeyri-müəyyən vaxta təxirə salınması ilə məsələnin həll olunacağını gözləyirdi. Lakin Avstraliya Qran Prisinin də sərbəst yürüşlərin başlamasına dəqiqələr qalmış təxirə salınması vəziyyətin nə qədər ciddi olduğunu göstərdi. Eyni addım mövsümün ilk hissəsində keçirilməsi gözlənilən əksər yarışların təşkilatçıları tərəfindən də atıldı ki, onların arasında Azərbaycan Qran Prisi də var.
Hazırda FOM ilkn versiya ilə heç bir əlaqəsi olmayan yeni təqvim versiyası hazırlayır, lakin yenə də ən çox mükafat pulunun ödənilməsi üçün mümkün olan maksimum sayda yarış keçirməyə çalışır.
Dünən komada rəhbərləri, FİA və FOM təqvimin Silverstoundakı yarışla (və ya yarışlarla) başlamasını müzakirə ediblər. Lakin hələ ki, rəsmi bir təqvim yoxdur və mediada adətən rəsmi olmayan variantlar yayımlanır. Bunlardan biri də niderlandlı jurnalist Ulav Molun ideyasıdır.
Onun fikrincə, builki təqvim belə ola bilər:
Tarix | Mərhələ |
17-19 iyul | Britaniya Qran Prisi |
24-26 iyul | Niderland Qran Prisi |
7-9 avqust | Belçika Qran Prisi |
14-16 avqust | Fransa Qran Prisi |
28-30 avqust | İspaniya Qran Prisi |
4-6 sentyabr | İtaliya Qran Prisi |
18-20 sentyabr | Macarıstan Qran Prisi |
25-27 sentyabr | Avstriya Qran Prisi |
9-11 oktyabr | Azərbaycan Qran Prisi |
16-18 oktyabr | Rusiya Qran Prisi |
30 oktyabr-1 noyabr | Çin Qran Prisi |
6-8 noyabr | Yaponiya Qran Prisi |
20-22 noyabr | Abş Qran Prisi |
27-29 noyabr | Meksika Qran Prisi |
4-6 dekabr | Braziliya Qran Prisi |
8-10 yanvar 2021-ci il | Bəhreyn Qran Prisi |
15-17 yanvar 2021-ci il | Əbu Dabi Qran Prisi |