F-1.az bildirir ki, təqvimin ilkin versiyası hələ təsdiqlənməyib, lakin şayiələr gəzir ki, mövsümə martın 17-də Avstraliyada start veriləcək. Melburndan sonrakı yarışlar ikihəftəlik fasilə ilə keçiriləcək və Çində Formula1 tarixinin 1000-ci yarışı baş tutacaq. Çempionat dekabrın 8-də Əbu Dabidə başa çatacaq.
Gələn mövsümün ilk hissəsinin təqviminin cari mövsümlə eyni olması gözlənilir. Almaniya Qran Prisinin taleyi sual altındadır. Əgər deyildiyi kimi olarsa, 1963-cü ildən bəri ilk dəfə mövsüm ilin son ayında başa çatacaq – 45 il əvvəl Cim Klarkın çempion olduğu mövsümə dekabrın 28-də yekun vurulmuşdu.
Təqvimin ilkin versiyasının yaxın həftələrdə açıqlanacağı gözlənilir…