2019-cu ildə dəbilqələrin təhlükəsizlik standartları dəyişəcək

FİA Jül Byankinin faciəvi ölümündən sonra sürücülərin başının qorunması məsələsinə daha diqqətlə yanaşır. Artıq gələn ildən etibarən Halo adlı sistemdən məcburi şəkildə istifadə edilməlidir. 2019-cu ildə isə Advanced Helmet adlı yeni təhlükəsizlik standartı tətbiq ediləcək.

F-1.az bildirir ki, FİA tərəfindən verilən açıqlamada yeni standarta “daha yaxşı müdafiə ilə təmin edəcək texnologiyaların dönüş nöqtəsi” adı verilib. Yeni dəbilqələrin xüsusiyyətləri arasında qırıntılara qarşı daha yaxşı müdafiə, zərbələrin daha çox zəiflədilməsi var. Onlara daha sərt çarpma (krəş) testləri tətbiq ediləcək.

Yeni standartlara cavab verən dəbilqələr növbəti mövsümdə FİA bayrağı altında baş tutan bəzi seriyalarda, 2019-cu ildə isə Formula1-də tətbiq ediləcək. Bundan əlavə, “biometrik təhlükəsizlik” adlı yenilik sürücülərin həm yarış zamanı, həm də yarışdan sonra bioloji göstəricilərini izləməyə imkan verəcək. Yeniliyin sürücülərin təlim prossesini təkmilləşdirməyə, onun effektivliyini artırmağa və zədələnmə ehtimalının azalmasına kömək edəcəyi gözlənilir.

FİA həm də əlcəklərlə bağlı layihə üzərində işləyir. Tətbiq olunacaq yenilik tibb işçilərinə fövqəladə hallarda real vaxt rejimində sürücülərin vəziyyətini qiymətləndirməyə imkan verəcək qərarların qəbulunda kömək edəcək. Bundan hətta sürücülərlə əlaqə yaratmaq mümkün olmadıqda belə istifadə edə biləcəklər.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*