2018-ci ildə komandaların bir xalının dəyəri

Formula1 dünyanın ən bahalı idmanı kimi tanınır. Komandalar çempionluq uğrunda milyonlarla vəsait xərcləyirlər, amma bu sərmayə heç də həmişə özünü doğrultmur.

F-1.az xatırladır ki, dünən biz Formula1 komandalarının heyətinin son illərdə necə dəyişməsi barədə yazmışdıq. Bu gün isə komandaların büdcələri, xərcləri və gəlirləri barədə məlumat əldə etmişik – bu məlumatlara əsasən komandaların effektiv işi barədə fikir yürütmək olar.

Əlbəttə, qazanılmış hər bir xal ən ucuz qiymətə Mercedes komandasına başa gəlib – təxminən 610 min dollara. Bir xalın ən baha qiyməti isə Williams komandasına məxsusdur – bir xal komandaya 21 milyon dollara başa gəlib. Düzdür, hətta bir xalın belə baha olmasına baxmayaraq, Qrouv komandası mövsümü gəlirlə başa vurub.

Aşağıdakı cədvəldə komandaların xərcləri, büdcələri və bir xalın dəyəri milyon dollarla göstərilib.

Komanda Xərclər Büdcə Bir xalın dəyəri
Mercedes 400.00 405.00 0.61
Ferrari 410.00 410.00 0.72
Red Bull 310.00 315.00 0.74
Renault 190.00 190.00 1.55
Haas 130.00 130.00 1.40
McLaren 220.00 220.00 3.23
Force İndia 120.00 125.00 1.08
Sauber 135.00 135.00 2.80
Toro Rosso 150.00 150.00 4.54
Williams 150.00 150.00 21.50

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*