2018-ci ildə hər bir sürücü cəmi 3 mühərrikdən istifadə edə biləcək

FİA-nın mətbuat xidməti 2017-ci ilin dəqiqləşdirilmiş və 2018-ci ilin ilkin reqlamentlərini dərc edib - bu dəfə yeniliklər motor reqlamentinə aid olub...

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, son illərdə olduğu kimi, güc qurğusu 6 əsas moduldan ibarətdir: İCE daxili yanma mühərriyi, MGU-K və MGU-H generatorları, rekuperasiya sisteminin ES akkumulyatoru, TC turboqovucu və CE elektron idarəetmə bloku.

2018-ci ildə hər bir sürücü 3 daxili yanma mühərriyindən, 3 MGU-H generatorundan, 3 turbindən, 2 akkumulyatordan, 2 idarəetmə blokundan və 2 MGU-K generatorundan istifadə edə biləcək.

Əlavə yeni blokdan istifadə zaman sürücü startda 10, digər əvəzləmələr zamanı isə 5 yer itirmək cəzası alacaq…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*