F-1.az bildirir ki, F1-in reqlamentindəki dəyişikliklər Təhlükəsizlik Maşınının arxasında start və restart prosedurlarını, əlavə tədbirlərin keçirilməsi zamanı həftəsonunda sessiyaların başlanmasında güzəştləri, əvvəlki mövsümün maşınlarından istifadə etməklə nümayiş yürüşlərinin keçirilməsini (indi belə maşınlarda illik qət edilən məsafə 50 km-i aşa bilməz) əhatə edir.
Güman edildiyi kimi, gələn mövsümdən yanacağa yağın əlavə edilməsinə və bu yağın xarakteristikasına ciddi nəazrət tətbiq ediləcək. Məsrəflərin azaldılması üçün enerji toplayıcısının minimal çəkisi və ölçüləri də məhdudlaşdırılıb.
Əgər sürücü startda 15 və ya daha çox yer itirmək cəzası alarsa, yarışa son yerdən başlayacaq. Daha çox sürücü eyni cəzanı alarsa, o zaman cəzaların verilmə vaxtı əsas götürüləcək.
Avtoİdman üzrə Ümumdünya Şurası çempionatın sahibi Liberty Media şirkətinə Braziliya Qran Prisi günlərində ictimai təhlükəsizlik normalarına əməl olunmasına xüsusi diqqət göstərməsini tövsiyə edib.
Tarix | Qran Pri | Şəhər, tras |
23-25 mart | Avstraliya | Melburn, Albert Park |
6-8 aprel | Bəhreyn | Saxir |
13-15 aprel | Çin | Şanxay |
27-29 aprel | Azərbaycan | Bakı, Bakı Şəhər Halqası |
11-13 may | İspaniya | Barselona, Katalunya |
24-27 may | Monako | Monte Karlo |
8-10 iyun | Kanada | Monreal, Jil Vilnöv adına tras |
22-24 iyun | Fransa | Le Kastelle, Pol Rikar |
29 iyun-1 iyul | Abstriya | Şpilberq, Red Bull Rinq |
6-8 iyul | Böyük Britaniya | Silverstoun |
20-22 iyul | Almaniya | Hokkenhaym |
27-29 iyul | Macarıstan | Budapeşt, Hunqarorinq |
24-26 avqust | Belçika | Spa |
31 avqust-2 sentyabr | İtaliya | Montsa |
14-16 sentyabr | Sinqapur | Sinqapur, Marina Bey |
28-30 sentyabr | Rusiya | Soçi |
5-7 oktyabr | Yaponiya | Suzuka |
19-21 oktyabr | ABŞ | Ostin * |
26-28 oktyabr | Meksika | Mexiko, Rodriges qardaşları adına tras |
9-11 noyabr | Braziliya | San Paulu, İnterlaqos |
24-26 noyabr | Əbu Dabi | Əbu Dabi, Yas Marina |
* Mərhələ təşkilatçı tərəfindən təsdiqlənərək əlavə olunacaq