Analiz: 2017-ci ildə pilotlar nələrə adət etməli olacaqlar

Növbəti mövsümdə çempionatı yeni texniki reqlament gözləyir. MotorSport.Com resursu 2017-ci ildə pilotların görməli olacaqları başlıca iş tendensiyalarını təhlil edib. F-1.az həmin tendensiyaları nəzərinizə çatdırır...

Formula1-in növbəti mövsümündə hər kəs pilotların çətinliklərlə üzləşəcəkləri və buna görə də səhvlərin sayının, sensasiyalı nəticələrin çoxalacağı üçün hamı yeni maşınları görməyə tələsir. Lakin belə bir təhlükə var ki, yeni texnikanın artmış məhsuldarlığı, əksinə, pilotları mübarizə üçün imkanlardan məhrum edəcək.

Məsələn, son günlər belə bir maraqlı fikir meydana çıxıb – Barselona trasında pilotlar dövrənin 50 faizini deyil, 70 faizini ayağı akseleratorun pedalına basılmış halda keçəcəklər.

Bu, yarışlara necə təsir göstərəcək? Biz elə bir vəziyyətdə ola bilərikmi ki, özü-özlüyündə mübarizə nadir mövqe dəyişimləri səbəbindən daha az maraqlı olacaq, amma bu zaman sürüşlər komandaların əsas baş ağrısı olacaq etibarlılıqla bağlı bilinməz problemlər sıralamasına çevrilər?

 

Yolları yenidən dərk edərək

Komandalar 2017-ci ildə texniki reqlamenti “silkələmək” niyyətlərini elan edəndə, onların yarışları daha maraqlı etmək niyyətləri yox idi – vəzifə maşınların daha sürətlə getməsindən ibarət idi.

O zaman oriyentir-istiqamətləndirmə qoyuldu – Barselonada dövrənin vaxtından beş saniyə çıxarmaq. Çox güman ki, bu məqsədə nail olundu.

2015-ci il İspaniya Qran Prisidə poul 1:24.681 saniyəlik nəticə ilə udulmuşdu. Bu o deməkdir ki, 2017-ci ilin maşınları üçün vəzifə 80 saniyədən çıxmaqdır. Ötən il Lyuis Həmilton poulu artıq 1 dəqiqə və 22 saniyəyə qazanmışdı, ona görə də Formula1 mühəndislərinə vəzifənin öhdəsindən uğurla gəlmək üçün iki saniyə tapmaq qalırdı.

İstisna deyil ki, bu məqsədləri hətta bir qədər yüksəltmək lazım gələcək, belə ki, indi hamı maşınların yalnız Pirelli-nin enli təkərlərinin hesabına saniyə yarımlıq daha sürətli olacağından danışır, deməli, avtomobillər özləri-özlüyündə daha artığına qadirdirlər. Xüsusilə də aerodinamikanın mühüm əhəmiyyət kəsb etdiyi traslarda.

Yanvarın ilk həftəsində McLaren-in texniki direktoru Tim Qoss qeyd etdi ki, komandalar trasları yenidən dərk etməyə başlayırlar, bəzi döngələr isə indi düzlük kimi təsnif edilir.

“Mühəndislərin nöqteyi-nəzərindən döngə pilotun sürəti azaltmaqla idarə etməli olduğu yol hissəsidir, – o deyir. – Əgər o, virajı tam sürətlə keçirsə, biz həmin hissəni düz yol kimi təsnif edirik.

Yeni maşınların xeyli sürətlə şütüyəcəyini nəzərə alsaq, deməli, tezliklə bəzi “döngələr” mühəndislər tərəfindən “düz yollar” kimi müəyyən ediləcək. Amma pilotlar həmin hissələri daha yüksək sürətlə keçəcəklərindən, yüklənmə səviyyəsi artacaq və bu da onların orqanizmi üçün ciddi sınaq olacaq”.

 

Məhsuldarlığın yüksəlməsi

2017-ci ilin Pirelli təkərli maşınları fevral ayında keçiriləcək mövsümöncəsi testlərdə peyda olduqdan sonra bizim məhsuldarlıq sıçrayışının necə olacağı ilə bağlı sualımız cavabsız qalmayacaq.

Ancaq komandaların özləri artıq çoxdan öz modelləndirmə proqramları ilə çalışırlar və onlarda yeni mövsümün texnikasının əvvəlki mövsümünkü ilə müqayisədə nə qədər irəli gedəcəyi ilə bağlı təsəvvür vardır.

Misal üçün, belə bir ehtimal var ki, Barselonada üçüncü döngəni pilotlar ən azından 30 km/saat daha sürətlə keçəcəklər. Bu, onu “döşəməyə” dönüşünə çevirəcək ki, burada pilotlar 5 g-ni ötüb keçən yüklənmə hiss edirlər.

Adını açıqlamaq istəməyən mühəndislərdən birinin sözlərinə görə sürət pedalının basılması ilə keçən dövr təkcə Barselonada artmayacaq: Magnetti Marelli-nin məlumatlarına görə, sürətli Montsada 2016-cı ildə pilotlar tam sürətdə dövrənin 69%-ni keçiriblər – 2017-ci ildə həmin göstərici 80%-ə çata bilər.

 

Etibarlılıq amili

Əlbəttə ki, döngələrin sayı nə qədər azdırsa, səhv, yaxud ötmə şansı bir o qədər azdır. Lakin eyni zamanda sürətli seksiyalar maşına və pilotlara nəzərəçarpan yüklənmə ilə təsir göstərməyə başlayacaq.

Mühərriyin aşınmasına nəzarət etmək ikiqat vacib olacaq, axı elə bunsuz da mövsümdəki yarışların sayından asılı olmayacaq güc qurğularının yolverilən illik miqdarı beşdən dördə endirilib. Avtoistehsalçılar buna məsrəflərin azaldılması tədbiri olaraq razılaşmışlar.

Bu o deməkdir ki, indən belə güc qurğuları beş tam yarışma uik-endinə davam gətirməli və bu zaman onlardan potensial olaraq daha çox şey almaq mümkündür, çünki yanacaqdan istifadə limiti 100 kiloqramdan 105-ə qaldırılıb.

Baxmayaraq ki, 2017-ci ilə hazırlığı zamanı komandaların əsas diqqəti aerodinamikada cəmləşib, güc qurğularının artıq elə də vacib olduğunu düşünmək düzgün deyil. Aerodinamikanın səviyyəsi artdıqca havaya qarşı ön müqavimət də yüksələcək. Bu zaman maşınlar və rezin enlənəcək ki, bu da həmçinin, ön müqavimətə təsir göstərəcək və at qüvvəsinin əhəmiyyətini qeyd edəcək.

Ancaq, bu proqnozlara baxmayaraq, dəyişikliklərin real səmərəsi barədə suallara cavabları biz ən yaxşı halda Avstraliya Qran Prisində öyrənəcəyik. Amma onda da yarışların daha da yaxşılaşdığı və yaxud yeni reqlamentin “özqazımı” üçün növbəti bəhanə olub-olmaması ilə bağlı mübahisə davam edəcək.

Mənbə: Jonathan Noble, Franco Nugnes
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*