2017-ci ilin təkərlərinin ikinci test günü başa çatıb

Pirelli-nin 2017-ci il üçün olan təkərlərinin testləri artıq başlayıb. Daha əvvəl prototipləri test edilən bu təkərləri ilk olaraq Ferrari, Red Bull və Mercedes AMG komandaları sınaqdan keçirəcəklər. Əldə edilən nəticələr bütün komandalarla paylaşılacaq. Yerdə qalan komandalar isə yeni təkərləri mövsüm bitdikdən sonra yoxlamaq şansını əldə edəcəklər.

F-1.az xatırladır ki, növbəti ilin təkərlərinin testlərinin ilk günü dünən idi və bu təkərləri ilk olaraq Ferrari-nin 2017-ci ilin reqlamentinə uyğun modifikasiya olunmuş 2015-ci ilin maşını SF15-T ilə Sebastyan Fettel yoxlamışdı.

Bu gün onu Fioranoda Esteban Qutyerres əvəz edib. Meksikalı sürücü bir gün əvvəl Fettelin etdiyi kimi, əvvəlcə sliklərlə bir neçə dövrə vurub və boksa gedib. Trasın süni sulanmasından sonra yağış təkərləri ilə trasa qayıdıb. Gün ərzində həm keçid, həm də yağış təkərlərini test edən Qutyerres 165 dövrə vurub.

Testləri növbəti iki gündə Red Bull komandası davam etdirəcək. 2017-ci ilin reqlamentinə uyğunlaşdırılmış RB11-in sükanı arxasında Sebastyen Buemi əyləşəcək.

 

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*