F-1.az Auto Motor und Sport-a istinadən xəbər verir ki, testlər 2017-ci ilin təkərlərinin prototipləri ilə və növbəti ilin reqlamentlərinə uyğunlaşdırılmış bolidlərlə ediləcək.
2017-ci ilin təkərlərinin prototiplərini test edən ilk komanda Ferrari olacaq. Komanda 2015-ci il bolidini iyul ayında keçiriləcək Almaniya Qran Prisinə qədər 2017-ci ilin reqlamentinə uyğunlaşdıracaq. Pirelli Fyoranoda keçiriləcək testlərin 2 gün davam etməsini və əsas pilotların qatılmasını istəyir.
Digər komandalardan Red Bull avqust ayının ilk həftəsində Pol Rikar, Mercedes AMG isə avqustun sonunda Silverstoun və Barselona traslarında yeni təkərlərin prototiplərini sınaqdan keçirəcəklər.
Pirelli yarana biləcək problemlərə görə testləri yay fasiləsinin sonuna qədər yekunlaşdırmaq istəyir.