F-1.az bildirir ki, bu gün Mercedes AMG-nin mətbuat xidməti qısa bir video-çarx hazırlayıb. Komandanın mexanikləri yeni təkərlərin dəyişidirilməsinin üzərində işləyiblər. Mercedes AMG-nin yeni sürücüsü Valtteri Bottas komandanın Berklidəki bazasına gəlib və məşqləri izləyib. Finlandiyalı sürücünün bazaya baş çəkməsinin digər səbəbi isə bu il əməkdaşlıq edəcəyi mühəndis və mexaniklərlə tanışlıq olub.
Təkərlərin daha enli olması çox güman ki, sürücülərin pit-stoplarda daha çox vaxt itirməsinə səbəb olacaq…