2017-ci il mövsümünün yekunu: Sürücülərin cərimə balları və rəsmi xəbərdarlıqları

FİA 2014-cü ildən etibarən cərimə ballarının tətbiqinə başlayıb – hər bir sürücüyə bəzi hallarda yarışdakı mövqeyinə təsir edəcək cəzalardan əlavə cərimə balı da verilir.

Hər hansı bir sürücü 12 ay ərzində 12 cərimə balı alarsa, növbəti yarışı buraxmalı olur. Üzərindən 12 aydan çox vaxt keçmiş ballar isə avtomatik olaraq silinir.

F-1.az bildirir ki, Yas Marinada baş tutmuş mövsümün son yarışında cərimə balı alan yeganə sürücü Niko Hülkenberq olub, lakin o, risk zonasından xeyli uzaqdadır. Növbəti yarışa 4 ay var və bu müddətdə balı silinəcək yeganə sürücü Colion Palmerdir. Lakin nəzərə alsaq ki, mövsümün sonuna qədər yarışa bilməyən fransızın gələn il üçün hansısa komanda ilə müqavilə bağlayacağı heç inandırıcı görünmür, bunun elə də əhəmiyyəti yoxdur…

Yer N Sürücü Bal 1-ci cərimə 2-ci cərimə 3-cü cərimə 4-cü cərimə
1 26 Daniil Kvyat 7 2 (Kanada, 2017) 2 (Avstriya, 2017) 2 (Britaniya, 2017) 1 (Macarıstan, 2017)
2 20 Kevin Maqnussen 6 1 (Rusiya, 2017) 2 (Kanada, 2017) 2 (Macarıstan, 2017) 1 (ABŞ, 2017)
3 8 Roman Qrojan 6 3 (Çin, 2017) 1 (Meksika, 2017) 2 (Braziliya, 2017)
4 27 Niko Hülkenberq 5 4 (Çin, 2017) 1 (Əbu Dabi, 2017)
5 2 Stoffel Vandorn 5 1 (Rusiya, 2017) 2 (İspaniya, 2017) 2 (Avstriya, 2017)
6 30 Colion Palmer 4 3 (Çin, 2017) 1 (İtaliya, 2017)
7 55 Karlos Sayns 4 2 (Bəhreyn, 2017) 2 (Kanada, 2017)
8 19 Felipe Massa 3 3 (Belçika, 2017)
9 11 Serxio Peres 3 2 (Monako, 2017) 1 (Belçika, 2017)
10 33 Maks Ferstappen 3 2 (Macarıstan, 2017) 1 (ABŞ, 2017)
11 7 Kimi Rəykkönen 3 3 (Belçika, 2017)
12 5 Sebastyan Fettel 3 3 (Azərbaycan, 2017)
13 9 Markus Eriksson 2 2 (ABŞ, 2017)
14 20 Censon Batton 2 2 (Monako, 2017)
15 94 Paskal Verlyayn 2 2 (İspaniya, 2017)
16 44 Lyuis Həmilton 2 2 (Bəhreyn, 2017)
17 14 Fernando Alonso 2 2 (Yaponiya, 2017)
18 18 Ləns Stroll 1 1 (ABŞ, 2017)

 

Mövsüm ərzində heç bir sürücü 3 rəsmi xəbərdarlıq almadığından, buna görə cəzalandırılmayıb. Cərimə ballarından fərqli olaraq, rəsmi xəbərdarlıqlar növbəti mövsümə keçmir…

Yer N Sürücü Tras üzərində Trasdan kənarda Ümumi
1 5 Sebastyan Fettel 1 1 2
2 11 Serxio Peres 1 1 2
3 3 Daniel Rikkardo 1 1
4 55 Karlos Sayns 1 1
5 18 Ləns Stroll 1 1
6 14 Fernando Alonso 1 1

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*