Təqvimin açıqlanmasını səbirsizliklə gözləyən ölkələrdən biri də biz idik, çünki builki yarış 24 saatlıq Le Man marafonu ilə eyni həftəsonunda baş tutmuşdu və bu hal azarkeş sayına təsir göstərmişdi. Növbəti mövsümün ilkin təqvimində də milli yarışımızın 18 iyunda baş tutacağı bildirilmişdi – bu da yenə Le Mandakı yarışla üst-üstə düşmək demək idi.
F-1.az bildirir ki, bu gün təsdiqlənən təqvim ölkəmiz üçün qənaətbəxş sayıla bilər. Bakıdakı yarış ilkin təqvimdə açıqlanan vaxtdan bir həftə sonra – 25 iyunda baş tutacaq. Buna təsir edən amillərdən biri də Almaniya Qran Prisinin təqvimdən çıxarılması olub.
Daha bir əlamətdar hadisə isə yarışımızın adının dəyişdirilməsidir. Debüt ilində Avropa Qran Prisi adlandırılan yarış gələn ildən Azərbaycan Qran Prisi kim tanınacaq.
Mövsüm 20 yarışdan ibarət olacaq və 26 martda Avstraliyada başlayıb, 26 noyabrda Əbu Dabidə başa çatacaq.
Tarix | Qran Pri | Şəhər, tras |
24-26 mart | Avstraliya | Melburn, Albert Park |
7-9 aprel | Çin | Şanxay |
14-16 aprel | Bəhreyn | Saxir |
28-30 aprel | Rusiya | Soçi |
12-14 may | İspaniya | Barselona, Katalunya |
25-28 may | Monako | Monte Karlo |
9-11 iyun | Kanada | Monreal, Jil Vilnöv adına tras |
23-25 iyun | Azərbaycan | Bakı, Bakı Şəhər Halqası |
7-9 iyul | Avstriya | Şpilberq, Red Bull Rinq |
14-16 iyul | Böyük Britaniya | Silverstoun |
28-30 iyul | Macarıstan | Budapeşt, Hunqarorinq |
25-27 avqust | Belçika | Spa |
1-3 sentyabr | İtaliya | Montsa |
15-17 sentyabr | Sinqapur | Sinqapur, Marina Bey |
29 sentyabr-1 oktyabr | Malayziya | Kuala Lumpur, Sepanq |
6-8 oktyabr | Yaponiya | Suzuka |
20-22 oktyabr | ABŞ | Ostin |
27-29 oktyabr | Meksika | Mexiko, Rodriges qardaşları adına tras |
10-12 noyabr | Braziliya | San Paulu, İnterlaqos |
24-26 noyabr | Əbu Dabi | Əbu Dabi, Yas Marina |