Sentyabrın əvvəlində irəli sürülmüş versiya ilə bu gün təsdiq olunmuş versiya arasında bəzi dəyişikliklər var. Çin Qran Prisi mövsümün ilk yarışından 1 həftə deyil, 2 həftə sonra keçiriləcək. Malayziya və Sinqapur Qran Priləri də yerlərini dəyişiblər. Meksika Qran Prisi isə bu dəfə Braziliya Qran Prisi ilə qoşalaşıb.
Təəssüf ki, Bakıda keçiriləcək Avropa Qran Prisi yenə də Kanada Qran Prisindən cəmi bir həftə sonraya nəzərdə tutulub və həmin gün yenə də Avropada Le Manın əfsanəvi 24 saatlıq marafonu keçiriləcək.
F-1.az xatırladır ki, yeni mövsümün təqviminin son versiyası dekabrın ortalarında təsdiq olunacaq…
Tarix | Qran Pri | Şəhər, tras |
24-26 mart | Avstraliya | Melburn, Albert Park |
7-9 aprel | Çin | Şanxay |
14-16 aprel | Bəhreyn | Saxir |
28-30 aprel | Rusiya | Soçi |
12-14 may | İspaniya | Barselona, Katalunya |
25-28 may | Monako | Monte Karlo |
9-11 iyun | Kanada (*) | Monreal, Jil Vilnöv adına tras |
16-18 iyun | Avropa | Bakı, Bakı Şəhər Halqası |
30 iyun-2 iyul | Avstriya | Şpilberq, Red Bull Rinq |
7-9 iyul | Böyük Britaniya | Silverstoun |
21-23 iyul | Macarıstan | Budapeşt, Hunqarorinq |
28-30 iyul | Almaniya (*) | Hokkenhaym, Hokkenhaymrinq |
25-27 avqust | Belçika | Spa |
1-3 sentyabr | İtaliya | Montsa |
15-17 sentyabr | Malayziya | Kuala Lumpur, Sepanq |
29 sentyabr-1 oktyabr | Sinqapur | Sinqapur, Marina Bey |
6-8 oktyabr | Yaponiya | Suzuka |
20-22 oktyabr | ABŞ | Ostin |
3-5 noyabr | Meksika | Mexiko, Rodriges qardaşları adına tras |
10-12 noyabr | Braziliya (*) | San Paulu, İnterlaqos |
24-26 noyabr | Əbu Dabi | Əbu Dabi, Yas Marina |
* – hələ təsdiq olunmayıb