2017-ci il dəyişiklikləri elə də radikal olmayacaq…

Almaniyanın mötəbər Auto Motor und Sport nəşri bildirib ki, 2017-ci ilin bolid konsepsiyasını hazırlayan işçi qrup fikrini 180 dərəcə dəyişməli olub - bəzi komandalar və Pirelli hesab edirlər ki, bu dəyişikliklər sayəsində maşınların sürəti çox arta bilərdi...

Çoxdan şayiələr gəzirdi ki, bir ildən sonra F1 maşınları tam fərqli olacaqlar, yəni daha sürətli və daha güclü, onların xarici görünüşü də dəyişəcək. Qeyd olunurdu ki, mühəndislər yan pantonların hazırlanması zamanı daha geniş səlahiyyətlər alacaqlar. Amma yeni konsepsiya tam hazırlanıb başa çatmamış, bəzi şəxslərin tərəddüdü ilə üzləşib.

Texniki işçi qrupun son iclasında səs çoxluğu ilə qərara alınıb ki, arxa təkərlərlə diffuzor arasındakı sahə dəyişilməz qalacaq – bu qərar Red Bull komandası tərəfindən narazılıqla qarşılanıb.

Maşının eni isə həqiqətən 2 metrəyədək artacaq, amma buna səbəb təkərlərin eninin artması olacaq. Bolidin qabariti isə 40 sm artırılmayacaq və elə 140 sm səviyyəsində qalacaq. Ona görə də gələcək maşınların xarici görünüşü artıq suallar doğurur, çünki dar korpus qeyri-mütənasib enli görüntü təsiri bağışlayacaq.

Konsepsiyanın ilkin variantında diffuzorların ölçüsünün böyüdülməsi nəzərdə tutulmuşdu, amma, deyəsən, bu fikirdən də imtina etməli olacaqlar. Diffuzorun hündürlüyünü iki dəfə artırmaq istəyirdilər: hazırkı hündürlik 12.5 sm olsa da, 2017-ci ildə bu hündürlük 25 sm-ə çatdırılmalı idi. Hərçənd, bu məsələdə müzakirələr davam edir və son qərar hələ qəbul olunmayıb.

Qanadların ölçüləri isə həqəqətən artırılacaq: ön qanadın eni 180 sm-ə çatdırılacaq, arxa qanadın üst elementi 95, alt elementi isə 84 sm-ə bərabər olacaq. Eyni zamanda, Pirelli təkərlərinin eni də artırılacaq: ön təkərlərin eni 27 sm-dən 30.5 sm-ə, arxa təkərlərin eni isə 32.5 sm-dən 40.5 sm-ə çatdırılacaq.

Almanların yazdığına görə, daha radikal konsepsiyanın əleyhinə Pirelli şirkəti və Mercedes AMG komandası çıxış ediblər. Komanda hesab edir ki, yeni konsepsiya sürətlərin çox artmasına, sürətlərin artması isə ötmələrin azalmasına səbəb ola bilər. Amma digər komandalar hesab edirlər ki, çempion komanda çempionatdakı üstünlüyünü qorumaq üçün yeniliklərin əleyhinə səs verib.

Pirelli-yə gəlincə, şirkət təhlükəsizliyi ön plana çəkir: dövrədəki nəticənin 5 saniyə yaxşılaşması üçün təkərdəki təzyiqi ciddi artırmaq lazımdır. Komandalar bunu etmək istəmirlər, çünki təzyiqi artırdıqda, təkərlərin asfalt örtüyü ilə təması və ilişməsi azalır. Pirelli-nin mütəxəssisləri hesab edirlər ki, yeni konsepsiya nəzərdə tutulduğundan 25% sürətlərin artmasını təmin edəcək…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*