2016-cı ildə Formula1 mövsümünün bütün sessiyalarının cədvəli

İki həftə əvvəl Beynəlxalq Avtomobil Federasiyası (FİA) rəsmi saytında 2016-cı il mövsümünün bütün yarışlarının start vaxtını dərc etmişdi.

Bu dəfə federasiyanın rəsmi saytına istinadən həftəsonunun bütün sessiyalarının cədvəlini Bakı vaxtı ilə nəzərinizə çatdırıq.

F-1.az xatırladır ki, Formula1-də həftəsonu cümə günü iki sərbəst yürüşlə başlayır, şənbə günü bir sərbəst yürüş və sıralanma turu ilə davam edir və bazar günü yarışla başa çatır. Monako Qran Prisi istisnadır – knyazlığın küçələrində ilk sərbəst yürüşlər cümə günü deyil, cümə axşamı keçirilir.

Bu ilin iyununda ölkəmizdə debüt edəcək Avropa Qran Prisinin cümə günü 1-ci sərbəst yürüşləri saat 14:00-da, ikinci sərbəst yürüşləri isə 18:00-da başlayacaq – hər iki sessiya 90 dəqiqə davam edəcək. Şənbə günü sürücülər birsaatlıq sonuncu sərbəst yürüşlərə saat 15:00-da çıxacaqlar, ikisaatlıq fasilədən sonra isə sıralanma turu başlayacaq. Bazar günü yarış, əvvəl də xəbər verdiyimiz kimi, saat 18:00-da start alacaq…

 

Tarix Qran Pri 1-ci sərbəst

yürüşlər

2-ci sərbəst

yürüşlər

3-cü sərbəst

yürüşlər

Sıralanma

turu

Yarış
18-20 mart Avstraliya 05:30 – 07:00 09:30 – 11:00 07:00 – 08:00 10:00 – 11:00 09:00
1-3 aprel Bəhreyn 16:00 – 17:30 20:00 – 21:30 17:00 – 18:00 20:00 – 21:00 20:00
15-17 aprel Çin 07:00 – 08:30 11:00 – 12:30 09:00 – 10:00 12:00 – 13:00 11:00
29 aprel – 1 may Rusiya 12:00 – 13:30 16:00 – 17:30 14:00 – 15:00 17:00 – 18:00 17:00
13-15 may İspaniya 13:00 – 14:30 17:00 – 18:30 14:00 – 15:00 17:00 – 18:00 17:00
26-29 may Monako * 13:00 – 14:30 17:00 – 18:30 14:00 – 15:00 17:00 – 18:00 17:00
10-12 iyun Kanada 19:00 – 20:30 21:00 – 22:30 19:00 – 20:00 22:00 – 23:00 21:00
17-19 iyun Avropa 14:00 – 15:30 16:00 – 17:30 15:00 – 16:00 18:00 – 19:00 18:00
1-3 iyul Avstriya 13:00 – 14:30 17:00 – 18:30 14:00 – 15:00 17:00 – 18:00 17:00
8-10 iyul Böyük Britaniya 14:00 – 15:30 18:00 – 19:30 14:00 – 15:00 17:00 – 18:00 17:00
22-24 iyul Macarıstan 13:00 – 14:30 17:00 – 18:30 14:00 – 15:00 17:00 – 18:00 17:00
29-31 iyul Almaniya 13:00 – 14:30 17:00 – 18:30 14:00 – 15:00 17:00 – 18:00 17:00
26-28 avqust Belçika 13:00 – 14:30 17:00 – 18:30 14:00 – 15:00 17:00 – 18:00 17:00
2-4 sentyabr İtaliya 13:00 – 14:30 17:00 – 18:30 14:00 – 15:00 17:00 – 18:00 17:00
16-18 sentyabr Sinqapur 13:00 – 14:30 18:30 – 20:00 15:00 – 16:00 18:00 – 19:00 17:00
30 sentyabr – 2 oktyabr Malayziya 07:00 – 08:30 11:00 – 12:30 11:00 – 12:00 14:00 – 15:00 12:00
7-9 oktyabr Yaponiya 06:00 – 07:30 10:00 – 11:30 08:00 – 09:00 11:00 – 12:00 10:00
21-24 oktyabr ABŞ 20:00 – 21:30 00:00 – 01:30 20:00 – 21:00 23:00 – 00:00 00:00
28-30 oktyabr Meksika 20:00 – 21:30 00:00 – 01:30 20:00 – 21:00 23:00 – 00:00 23:00
11-13 noyabr Braziliya 16:00 – 17:30 20:00 – 21:30 17:00 – 18:00 20:00 – 21:00 20:00
25-27 noyabr Əbu Dabi 13:00 – 14:30 17:00 – 18:30 14:00 – 15:00 17:00 – 18:00 17:00

* – Monakoda ilk sərbəst yürüşlər cümə axşamı keçirilir

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*