2016-cı il reqlamentinə dəyişikliklər

F-1.az xatırladır ki, gələn il bizi Formula1-də radikal dəyişikliklər gözləyir - maşınların xarici görünüşü dəyişməklə onların sürətləri də artacaq. Komandalar yeni maşınlar üzərində işə daha tez başlayacaqlar, ona görə də builki reqlamentdə, xüsusən də texniki reqlamentdə, ciddi dəyişiklik yoxdur...

TEXNİKİ REQLAMENT

Aerodinamika:

Növbəti dəfə ön antiqanadların elastikliyinin yoxlanması qaydaları sərtləşdirilib. Yüklənmənin çəkisi 60 nyutona artırılıb və indi bu çəki ön qanadın istənilən yerinə və lövhəsinə tətbiq oluna bilər, bu zaman əyilmə isə 3 millimetri keçə bilməz.

Təkərlər:

Startdan əvvəl maşına taxılmış təkərlərin temperaturu barədə bütün məlumatlar yarış mühəndisinin kompüterinə ötürüləcək. Əgər temperatur icazə verilən kəmiyyətdən fərqlənirsə, onda maşın pit-leynə göndəriləcək.

Güc qurğuları:

Qarşıdakı mövsümdə komandalar güc qurğusunun təkmilləşdirilməsi üçün şərti 32 bal işlədə bilərlər, gələn il isə bu qaydalar sadələşdiriləcək.

Qazburaxma sistemi:

Motorun səsini artırmaq məqsədilə qazburaxma sisteminin konfiqurasiyasında işlənmiş qazların çıxarılması üçün yeni borular peyda olacaq, bu borular birbaşa buraxıcı klapandan başlayacaqlar. Klapan bağlı olduğu vaxt səs 14%, klapan açıq olduğu vaxt 20-25% artmalıdır.

Təhlükəsizlik:

Sürücünün başının ətrafı qalınlaşdırılıb. Bu il qəza zamanı sürücünün başının hərəkətini qeydə alan kiçik videokameraların istifadəsi də məcburidir. Kameraların göstəriciləri FİA tərəfindən təhlil olunacaq və yeni sistemlərin hazırlanması zamanı nəzərə alınacaq.

İDMAN REQLAMENTİ

Mərhələlər:

Mövsüm ərzində yarışların maksimum sayı 20-dən 21-ə artırılıb.

Təkərlər:

Bu il Pirelli komandalar müxtəlif tərkibli  slik təqdim edəcək: Hard, Medium, Soft, SuperSoft və UltraSoft (bənövşəyi zolaq). Hər bir yarış həftəsonu üçün iştirakçılar şirkətin təklif etdiyi 3 tərkibdən aşağıdakı qaydalara əsasən təkər seçimi edə bilərlər.

Pirelli əvvəlcədən hər bir yarış üçün 3 tərkibi seçir və komandaları xəbərdar edir – hər bir sürücü əvvəlki kimi həftəsonu ərzində 13 dəst slik, 4 dəst keçid və 3 dəst yağış təkərləri alacaq.

Pirelli təkər seçimini bəyan edərkən, ən azı bir tərkibi yarış üçün məcburi elan etməlidir, əgər iki tərkib məcburi elan olunarsa, onların hər ikisi də yarışda mütləq istifadə olunmalıdır. Bundan başqa ən yumşaq tərkibdən 1 dəst sıralanma turunun son hissəsində istifadə olunmalıdır. Yerdə qalan 10 dəst isə sürücülər tərəfindən təklif olunan 3 tərkibdən azad şəkildə seçilə bilər.

Komandalar aşağıdakı qrafikə uyğun olaraq istifadə olunmuş tərkibləri istehsalçıya qaytarırlar – amma hansı tərkibi qaytarmağı konkret anda özləri seçirlər:

– Sərbəst yürüşlərin ilk sessiyasının 40-cı dəqiqəsində bir dəst;

– Sərbəst yürüşlərin ilk sessiyası qurtardıqdan sonra bir dəst;

– Sərbəst yürüşlərin ikinci sessiyasından sonra iki dəst;

– Sərbəst yürüşlərin üçüncü sessiyasından sonra iki dəst.

İstehsalçının yarış üçün məcburi elan etdiyi tərkiblər tamamilə sərbəst yürüşlərdən sonra qaytarıla bilməz, çünki yarışda da istifadə olunmalıdırlar.

Sıralanma turundan sonra ilk onluq ən yumşaq təkər dəstini də istehsalçıya təhvil verir və yarışda sıralanma turunun ikinci sessiyasında istifadəe tdiyi təkərlərlə start alır. Digər sürücülər isə bu yumşaq təkər dəstindən yarışda istifadə edə bilərlər.

Sıralanma turunda keçid və yağış təkərlərindən yalnız yarış direktorunun xüsusi qərarından sonra istifadə etmək olar. Əgər yarış güclü yağış üzündən Təhlükəsizlik Maşınının (SC) arxasında start alırsa, onda sürücülər yağış təkərindən SC pit-leynə qayıdanadək istifadə etməlidirlər. Bu qaydanın pozulmasına görə sürücüyə 10 saniyəlik Stop-and-Go cəriməsi tətbiq olunur.

Sıralanma turu:

33.1. Sıralanma turu yarışdan bir gün əvvəl yerli vaxtla saat 14:00-dan 15:00-dək (istisnalar mövcuddur) baş tutur. Aşağıdakı qayda üzrə keçirilir:

а) Saat 14:00-dan 14:16-dək bütün maşınlar trasa çıxa bilərlər.  14:07-də cədvəldə sonuncu yeri tutan sürücü mübarizədən kənarlaşdırılır, onun zaman göstəricisi ölçülmür, o, pit-leynə qayıdır və bir daha trasa qayıda bilməz. Eyni prosedur sessiyanın 8:30, 10:00, 11:30, 13:00, 14:30 və sessiyanın bitdiyi anda təkrar olunur, nəticədə mübarizəni davam etdirəcək 15 sürücü müəyyən olunur. Sessiya bitdiyi an sürətli dövrədə olan sürücü dövrəsini tamamlaya bilər.

İlk 15 nəticəni göstərən sürücülərin nəticəsi sıfırlanır.

b) Saat 14:24-dən 14:39-dək yerdə qalan 15 sürücü trasa çıxa bilər. Saat 14:30-da cədvəldə sonuncu olan sürücü mübarizədən kənarlaşdırılır, onun zaman göstəricisi ölçülmür, o, pit-leynə qayıdır və bir daha trasa qayıda bilməz. Eyni prosedur sessiyanın 7:30, 9:00, 10:30, 12:00, 13:30 və sessiyanın bitdiyi anda təkrar olunur, nəticədə mübarizəni davam etdirəcək 8 sürücü müəyyən olunur. Sessiya bitdiyi an sürətli dövrədə olan sürücü dövrəsini tamamlaya bilər.

İlk 8 nəticəni göstərən sürücülərin nəticəsi sıfırlanır.

c) Saat 14:46-dan 15:00-dək yerdə qalan 8 sürücü trasa çıxa bilər. Saat 14:51-də cədvəldə sonuncu olan sürücü mübarizədən kənarlaşdırılır, onun zaman göstəricisi ölçülmür, o, pit-leynə qayıdır və bir daha trasa qayıda bilməz. Eyni prosedur sessiyanın 6:30, 8:00, 9:30, 11:00 və 12:30 dəqiqəsində təkrar olunur, nəticədə poul uğrunda mübarizə aparacaq iki sürücü müəyyən olunur. Sessiya bitdiyi an sürətli dövrədə olan sürücü dövrəsini tamamlaya bilər və yalnız bundan sonra yekun sıralanma cədvəli tərtib olunur.

Qeyd olunan prosedur 22 maşının iştirakı üçün nəzərdə tutulub, əgər maşınların sayı 24 olarsa, onda ilk iki sessiyada 8, 26 maşın olarsa, ilk iki sessiyada 9 maşın mübarizədən kənarlaşdırılır. Zəruri olarsa, sessiyalar arasındakı fasilənin müddəti qısaldıla bilər ki, son sessiya adi vaxt çərçivəsində baş tutsun.

Güc qurğuları:

Əvvəlki illərdə FİA tərəfindən təftiş olunmuş güc qurğuları təkrar istifadə oluna bilər. FİA bu il keçənilki güc qurğusu ilə dördüncü müştərini (Toro Rosso) təchiz etməyə Ferrari komandasına icazə verib.

Mövsümün gedişində hər bir sürücü beş güc qurğusundan istifadə edə bilər – yarışların sayı 20-dən çox olduğu üçün. Beşdən yuxarı hər bir yeni modulun istifadəsi startda 10 yer itirməklə cərimələnir, digər yeni modulun cəriməsi isə  yer itirməklə cərimələnir. Növbəti əvəzləmələr də eyni qayda ilə cərimələnir.

Virtual Təhlükəsizlik Maşını:

Əgər yarışın gedişində Virtual Təhlükəsizlik Maşını (VSC) elan edilirsə, onda VSC rejimi başa çatan kimi DRS-dən istifadəyə icazə verilir. VSC rejimi sərbəst yürüşlərdə də tətbiq oluna bilər.

Komendant saatı:

Maşına bilavasitə xidmət edən komanda əməkdaşları iki səkkizsaatlıq müddət ərzində avtodromda olmamalıdırlar – bu müddətlər birinci və üçüncü sərbəst yürüşlərə 11 saat qalmış başlayır. Monako istisnadır – əgər ikinci sərbəst yürüşdən üçüncü sərbəst yürüşə qədər olan vaxt 9 saatdan çoxdursa, onda fərq “komendant saatı”nın ikinci müddətinə əlavə olunur.

Radiodanışıqlar:

İcazə verilən xəbərlərdən başqa hər hansı bir xəbərin sürücüyə verilməsi İdman Reqlamentinin 20.1 bəndinin pozulması kimi qiymətləndiriləcək, yəni “sürücü maşını müstəqil və kənar kömək olmadan idarə etməlidir”. İcazə verilən xəbərlər isə bunlardır:

a) Startdan əvvəl: Qızdırma dövrəsinin başlanmasına 1 dəqiqənin qalmasını bildirən siqnala qədər komanda və sürücü istənilən xəbər mübadiləsini edə bilər. Bu siqnaldan sonra komanda sürücüsü ilə yalnız ciddi problem üzə çxıdığı halda danışa bilər, məsələn, təkərin deşilməsi barədə xəbərdar edə bilər və ya rəqiblərdən hər hansı birinin problemi barədə xəbər verə bilər.

b) Trasda: Qızdırma dövrəsində, pit-leynin çıxışı və ya girişində, eləcədə, trasda olan sürücünün komandadan ala biləcəyi xəbərlər aşağıdakı siyahı ilə məhdudlaşır.

1. Ciddi problem barədə xəbər vermək olar, məsələn, nasazlıq və ya təkərin deşilməsi;

2. Rəqiblərin maşınındakı problem barədə xəbər vermək olar;

3. Problem üzündən yarışı dayandırmaq barədə və ya problemin həlli üçün boksa gəlmək barədə xəbər vermək olar;

4. Marşalların verdiyi siqnal barədə (müxtəlif rəngli bayraqlar, təxirə salınmış start və s.) xəbər vermək olar;

5. Trasın konkret sahəsində suyun, yağın və ya maşın qırıntısının olması barədə xəbər vermək olar;

6. Əgər trasda hərəkət sürəti məhdudlaşdırılıbsa, onun maksimum kəmiyyətini aşmaq riski varsa, bu barədə xəbər vermək olar.

7. Pit-leyndən keçməyin zəruri olması barədə xəbər vermək olmaz.

8. Start düzümünün sonunda yer almağın zəruriliyi barədə sürücüyə xəbər vermək olmaz.

9. Maşının balansınız sürücü ilə müzakirə etmək olmaz.

10. Motoru söndürməyin zəruriliyi barədə sürücüyə xəbər vermək olmaz.

11. Radioəlaqənin yoxlanması da qadağandır.

c) Boksda: Komanda sürücüsü ilə boksda olarkən və ya pit-leynin girişi və çıxışı arasında olarkən azad şəkildə aşağıdakı məsələlər üzrə danışa bilər.

1. Növbəti dövrələr seriyası barədə sürücüyə təlimat verilə bilər;

2. Pit-leynin çıxışında startın məşq edilməsi zəruriliyini sürücüyə xatırlada bilər;

3. Maşının balansını müzakirə etmək olar;

4. Start düzümünün sonunda yer almağın zəruriliyi barədə xəbər vermək olar;

5. Radioəlaqni bu kəlmələrlə yoxlamaq olar: “Əlaqənin yoxlanması”, “Siqnal təmiz və yüksəkdir”.

6. Sürücüyə növbəti dövrədə pit-leynə qayıtmasını demək olar.

7. Pit-leynin girişində söylənməsi icazə verilən yeganə xəbər isə, pit-leyndə təhlükəsizlik probleminin olması barədə xəbərdir.

Yay tətili:

İki mərhələ arasında fasilə zamanı (əgər fasilə ən azı 24 gündürsə) bütün komandalar bazalarını 14 günlük bağlamalıdırlar. Əgər fasilə 17 gündürsə, onda bazalar 13 günlük bağlanmalıdır.

2009-cu il reqlamentinə dəyişikliklər

2010-cu il reqlamentinə dəyişikliklər

2011-ci il reqlamentinə dəyişikliklər

2012-ci il reqlamentinə dəyişikliklər

2013-cü il reqlamentinə dəyişikliklər

2014-cü il reqlamentinə dəyişikliklər

2015-ci il reqlamentinə dəyişikliklər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*