2014-cü il mövsümünün texniki reqlamenti dəqiqləşdirilib

Bu gün İstanbulda baş tutmuş FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının iclasında Formula1-in Texniki işçi qrupu və Motorçuların işçi qrupu 2014-cü […]

Bu gün İstanbulda baş tutmuş FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının iclasında Formula1-in Texniki işçi qrupu və Motorçuların işçi qrupu 2014-cü il mövsümü üçün texniki reqlamentin ilkin versiyasını müzakirə və təsdiq ediblər.

2014-cü ildə KERS-i əvəz edəcək ERS (Energy Recovery System) sayəsində pit-leyndə hərəkətin yalnız elektrik enerjisinin hesabına olması tələbinə birmənalı reaksiya verilmədiyi üçün qərara alınıb ki, bu ideyanın realizəsi 2017-ci ilə keçirilsin.

Motor və şassi reqlamentinə də düzəlişlər edilib. Motor istehsalında məsrəfləri azaltmaq üçün qərara alınıb ki, bu sahədə çalışıan mühəndislərin hərəkətləri məhdudlaşdırılsın. Turbomotorun çəkisi adi atmosfer motorun çəkisindən ağır olduğu üçün maşının minimal çəkisi də artırılıb.

Yeniliklər maşınların aerodinamikasına da aid edilib: mühəndislər şassinin 2012-ci il xüsusiyyətlərinə qayıdacaqlar – yəni maşının effektliyini artırmaq üçün asfalta yatma qüvvəsini azaltmaq tədbirlərindən vaz keçəcəklər…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*