2013-cü il reqlamentinə dəyişikliklər

Gələn il Formula1-i yeni 1.6 litrlik V6 turbomotorlara keçid gözləyir, komandalar yeni maşınlar üzərində daha erkən işləməyə başlayacaqlar, ona görə […]

Gələn il Formula1-i yeni 1.6 litrlik V6 turbomotorlara keçid gözləyir, komandalar yeni maşınlar üzərində daha erkən işləməyə başlayacaqlar, ona görə də 2013-cü il mövsümünün reqlamenti əvvəlki illə müqayisədə çox cüzi dəyişikliklərə məruz qalıb…

TEXNİKİ REQLAMENT

Növbəti dəfə ön antiqanadların elastikliyinin yoxlanması tələbləri sərtləşdirilib. İndi ön antiqanadın 20 kq çəki altında əyilmə dərəcəsi 20 millimetrdən 10 millmetrə salınıb. Çəkinin tətbiq olunma yeri və metodu da dəyişdirilib. Keçən il yük ön antiqanada yalnız sağ və sol tərəfdə ön oxdan 790 mm məsafədə tətbiq olunurdusa, indi hər iki tərəfdə 640 mm və 940 mm məsafələrdə tətbiq olunacaq

Maşının ön təhlükəsizlik struktur elementləri çırpılma yoxlamaları (krəş testlər) zamanı 90 Nyuton (keçən il 75 Nyuton) yüklənməyə tab gətirməlidirlər. Bu sahədə hem bir açıq kanal olmamalıdır ki, xarici hava axınından bilavasitə və ya dolayı istifadə edilməsin.

Şassi daha yüksək statik yüklənmələr altında test olunacaq. Keçən il yalnız bir şassi yüksək yüklənməyə məruz qalırdı, digərlərinə isə maksimal səviyyənin yalnız 20%-i tətbiq olunurdu.

Burun hissədə komandalar “pilləni” gizlədə biləcək elementdən istifadə edə bilərlər, amma bu element maşınının aerodinamik effektliyini yaxşılaşdırmamalıdır.

Arxa antiqanadın hərəkətli elementinin (DRS) açılması sayəsində sistemin effektliyini artıran “ikiqat” DRS-lərdən (DDRS) istifadə qadağan olunub. Amma eyni zamanda passiv DDRS, yəni hava axınının təzyiqi altında işə düşən sistem leqal hesab olunur.

Maşınların minimum çəkisi yeni Pirelli təkərlərinin çəki artımını kompensə etmək üçün 2 kq artırılaraq 642 kq-a bərabər olmalıdır.

İDMAN REQLAMENTİ

Çempionatda iştirak etmək üçün üzvlük haqqının dəyəri dəyişdirilib. Əgər keçən il komandaların hər biri konkret 309 min Avro ödəyirdisə, indi konkret məbləğ 500 min dollar təşkil edəcək. Bundan əlavə Mühəndislər Kubokunun qalibi keçən mövsümdə qazandığı hər bir xala görə 6 min dollar, digər komandalar isə qazandıqları hər bir xala görə 5 min dollar ödəyəcəklər.

Uik-endin gedişində DRS sistemindən istifadə qaydaları dəyişdirilib. Sərbəst yürüşlərdə və sıralanma turunda sürücülər arxa antiqanadın hərəkətli elementinin vəziyyətini yalnız FİA-nın müəyyən etdiyi ötmə zonalarında dəyişə biləcəklər, yəni elə yarışda olduğu kimi. Bu cür ötmə zonalarının sayı isə bütün traslarda ikiyə qaldırılıb, əlbəttə, əgər buna imkan varsa.

Komandanın əməkdaşlarının trasda keçirdiyi vaxtı məhdudlaşdırlan “komendant saatı” qaydası da dəyişdirilib – indi maşınla işləyən mexaniklər cümə axşamı trası daha iki saat tez tərk etməli olacaqlar. Keçən il FİA dörd dəfə bu qaydanın pozulmasına “göz yumurdu”, amma bu il komandalar bu qaydanı cəriməsiz cəmi iki dəfə poza biləcəklər.

Reqlamentdən “fors major” anlayışı çıxarılıb – söhbət sıralanma turunda sürətli dövrədən dərhal sonra maşının trasda dayanmasından gedir. FİA hər bir maşından yoxlama üçün 1 litr yanacaq götürəcək. Boksa qayıtmayan maşının çənində isə bu 1 litrdən əlavə boksa qayıtmağa imkan verəcək miqdarda yanacaq olmalıdır.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*