2013-cü il mövsümündə reqlamentə düzəlişlər

FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının İstanbulda baş tutmuş bugünkü iclasında Formula1-in 2013-cü il mövsümü üçün idman və texniki reqlamentinə bəzi […]

FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının İstanbulda baş tutmuş bugünkü iclasında Formula1-in 2013-cü il mövsümü üçün idman və texniki reqlamentinə bəzi düzəlişlər qəbul olunub.

Texniki Reqlament

Ön antiqanadların əyiləbilməsini (elastikliyini) yoxlamaq üçün daha sərt tələblər tətbiq olunub.

Maşının ön hissəsindəki təhlükəsizlik strukturu dəyişdirilib.

Maşının minimal çəkisi də artırılıb ki, 2013-cü ilin təkərlərinin çəki artımını kompensə etmək mümkün olsun.

Reqlamentdən “fors major” anlayışı çıxarılıb – yəni sıralanma turunda sürətli dövrədən dərhal sonra maşınların dayanması səbəbi. FİA maşının pit-leynə qayıtması üçün lazım olan yanacaq çəkisini hesablayacaq və yoxlama üçün zəruri olan bir litrin üzərinə gələcək.

Bütün şassilər daha yüksək statik yüklənmələr altında test olunacaq – əvvəllər yalnız bir şassi bu cür yoxlanılırdı, digər şassilərə təsir edən yüklənmələr maksimum kəmiyyətin 20%-ni təşkil edirdi.

İdman reqlamenti

Təhlükəsizlik baxımından sərbəst yürüşlərdə və sıralanma turunda DRS yalnız yarış zamanı trasda aktivləşməsi icazə verilən zonada istifadə oluna bilər.

Cümə axşamı personal üçün komendant saatı altı saatdan səkkiz saata uzadılıb. Amma mövsümün gedişində komandalar komendant saatını dörd dəfə deyil, cəmi iki dəfə poza bilərlər.

Almaniya Qran Prisinin keçirilmə tarixi 14 iyuldan 7 iyula keçirilib. 21 iyul tarixi isıə daha bir Avropa mərhələsi üçün saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*