2012-ci ildən bəri ilk dəfə 6 fərqli sürücü poul qazanıb

Dünən İnterlaqosda poul əldə edən Kevin Maqnussen cari mövsümdə Red Bull, Ferrari sürücüləri və Corc Rasselldən sonra bu uğuru qazanan altıncı sürücü olub.

F-1.az xatırladır ki, 10 il əvvəlki mövsümdə 6 sürücü poul qazanmış, 7 sürücü isə sıralanma turunun qalibi olmuşdu. Monakoda şənbə günü hamıdan sürətli olan Mixael Şumaxer əvvəlki yarışda aldığı cəzaya görə pouldan məhrum olmuşdu.

Son illərdə builkinə ən yaxşı nəticə isə 2017 və 2018-ci illərdə olub. Hər iki mövsümdə 5 fərqli sürücü yarışa ən öndən başlamağa haqq qazanıb.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*