Berni Ekklstoun bildirib ki, Formula1 2012-ci ildə Rusiyaya gələcək, 2013-cü ildə isə ABŞ-a qayıdacaq, Bloomberg agentliyinə verdiyi müsahibəsində Formula1-in kommersiya başçısı bu zaman illik yarışların sayının 20-dən çox olmayacağını təsdiqləyib. Berninin fikrincə, Rusiyada çempionat ya Moskvada, ya da Soçidə – 2014-cü ilin Qış Olimpiya paytaxtında keçiriləcək, ABŞ-a gəlincə, Nyu Yorkun Manhetten rayonu yaxınlığında tras tikintisi mümkündür.
Ekkslton yarışların hər ikisinin, xüsusən də ABŞ-da ekzotik yerlərdə keçirilməsinin tərəfdarıdır: “Bir neçə aydan sonra biz yarışalrın dəqiq harada keçirilməsi barədə qərar qəbul edəcəyik.”
Son illərdə təqvimdə Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələrində keçirilən yarışalrın sayı artıb, bu il Cənubi Koreya Qran Prisi debüt edəcək, gələn il isə çempionat Hindistana qədəm qoyacaq…
Berni Ekklstoun: “Sözsüz ki, hansısa yarışalrı qurban verməli olacayıq, bir neçə mərhələ var ki, onları itirsək heç bir problem olmayacaq. Mən müxtəlif ölkələrlə danışıqlar aparıram, bütün mümkün variantları nəzərdən keçirirəm.”