Əsas məhdudiyyətlər əvvəlki kimi qalıb, yalnız qazburaxma sisteminin konfiqurasiyası dəqiqləşdirilib – FİA işlənmiş qazların maşının aerodinamikasına təsirini minimuma endirməyə çalışıb, bu zaman keçən il mövsümün gedişində qəbul olunmuş motorun yarışda da sıralanma turunda işləmə rejimində çalışması qaydası qüvvədə qalıb. Digər dəyişikliklər də dəqiqləşdirmə xarakteri daşıyır…
Testlər
Bütün məcburi krəş-testləri keçmədən yeni maşınlar mövsümöncəsi teslərə buraxılmayacaq. Son illərdə ilk dəfə olaraq mövsümün gedişində bir üçgünlük test seriyası nəzərdə tutulub – komandalar 1-3 mayda Mucelloda toplaşacaqlar.
Uik-endin gedişində sürücü 11 slik təkər dəstindən istifadə edə bilər – altı əsas (adətən bərk) və beş əlavə (adətən yumşaq), bundan əlavə 4 keçid təkər dəsti və 3 yağış təkər dəsti də sürücünün ixtiyarında olacaq.
Əgər sərbəst yürüşlərin birinci və ya ikinci yürüşü rəsmən “yağışlı” elan olunubsa, onda hər bir sürücü əlavə 1 keçid təkər dəsti alacaq – bu dəst şənbə sərbəst yürüşlərinə qədər təchizatçıya qaytarılmalıdır.
Bəzi Qran Prilərdə təchizatşı komandalara əlavə slik təkər dəsti vermək hüququna malikdir, bu barədə bir həftə əvvəldən xəbərdarlıq elan olunmalıdır.
Təkər dəsti maşının pit-leyndən çıxamsını təyin edən sistem işə düşdükdən sonra işlənmiş sayılır.
Quru havada yarışın gedişində sürücü hər iki təkər tərkibindən istifadə etməlidir, əgər yarış “yağışlı” elan olunarsa, buna ehtiyac yoxdur. Əgər yarış dayandırılarsa və davam etdirilməsi mümkün olmazsa, onda bir təkər tərkibindən istifadə edən sürücünün nəticəsinin üzərinə 30 saniyə əlavə olunacaq. Əgər sürücü bütün yarış məsafəsini yalnız bir təkər tərkibi qət edərsə, onda onun nəticəsi ləğv olunacaq.
Sürücülərə heç bir səbəb olmadan trasdan çıxmağa icazə verilmir – qızdırma dövrəsində və ya boksa qayıtma döngəsinə vaxta və yanacağa qənaət etmək məqsədilə şikanaların kəsilməsi qəti qadağandır.
Trasa Təhlükəsizlik Maşını (TM) çıxarsa, bir dövrə geri qalan sürücülər yarışın direktorunun icazəsindən sonra TM-i və liderlə bir dövrədə olan rəqiblərini keçərək peletonun sonund amövqe tutmalıdırlar.
Yarışın dayandırılması zamanı boksda olan sürücülər restartdan sonra öz həqiq yerlərini tuta bilərlər.
Trasda TM-in birinci xəttindən pit-leynin başlanmasını bildirən xəttə (pit-layn) qədər olan məsafə indi rəsmən pit-leynin girişi, boks zonasından TM-in ikinci xəttinə qədər olan məsafə isə pit-leynin çıxışı adlanır.
Mövqeyini müdafiə edən sürücü trayektoriyasını yalnız bir dəfə dəyişə bilər. Əgər sürücü mövqeyini müdafiə etmək üçün kənara çəkilib sonra əsas trayektoriyaya qayıdırsa, onda döngənin girişində trasın kənarı ilə öz maşını arasında ən azı bir korpus enində yer qoymalıdır.
Yarışın dayandırmalarla birlikdə maksimum uzunluğu dörd saatla məhdudlaşdırılır.
Qazburaxma sistemi və motorun işləmə rejimi
ECU-nun standart sazlanmalar və nəzarət parametrlərinin hamısı ayrıayrı bəndlərdən bir maddəyə toplanıb.
Qazburaxma borusunun son 10 sm uzunluğu maşının baza müstəvisindən 250-600 mm hündürlükdə, maşının uzunluq oxundan 200-500 mm uzaqlıqda, arxa təkərlərin oxundan 500-1200 mm uzaqlıqda yerləşməlidir. Bu qaydalar işlənmiş qaz axınından aerodinamikanın optimallaşdırılmasnda istifadə olunmasına yol verməyəcək.
ECU-da motorun işləməsinin yalnız üç rekimi yadda saxlanılacaq – slik, keçid və yağış təkərlərindən istifadə üçün. Motorun dirsəkli valının dövriyyəsinin kəmiyyəti birbaşa akselerator pedalının vəziyyətindən asılıdır – ləngimə 0.05 saniyəni aşmamalıdır.
Maşının burun elementinin maksimal hündürlüyü baza müstəvisindən 550 mm məsafədə məhdudlaşdırılıb – keçən il bu rəqəm 625 mm idi. Eyni zamanda yan qoruyucu panellərin hündürlüyü artırılıb.
Kokpitin daxilində qəza siqnalları xüsusi və eynirəngli nişanlanma alacaqlar.
10.3.6 bəndi də dəqiqləşdirilib – təkərin qəza zamanı maşından ayrılmasının qarşısın alan iki trosun maşına bərkidilmə nöqtələri indi təkər oxuna nisbətən bir-birilə 90 dərəcə təşkil etməlidir.
Maşın altlığının ideal müstəvidən kənarlaşması 3 mm məsafə ilə məhdudlaşdırılıb. Maşının arxasında quraşdırılmış hər bir amortizatorun yalnız bir giriş deşiyi ola bilər, təkərlərin bərkidilmə dayaqlarının qabaritləri də məhdudlaşdırlıb. Yeni 20.3.4 və 20.3.5 bəndləri ilə FOM-un televiziya kameralarının yeri də dəqiqləşdirilib. Bütün bunlar adları çəkilən elementlərdən maşının aerodinamik xarakteristikalarının optimallaşdırılmasının qarşısını almaq üçündür.
2012-ci ildə komandalar pnevmatik qaykaaçanlarda helium qazından istifadə edə bilməyəcəklər.