Londonda dərc olunan The Sun qəzetinin jurnalisti Kris Hokli 2011-ci il üçün gülməli proqnoz tərtib edib və qarşıdakı mövsümdə hadisələrin cərəyan etməsinin öz senarisini irəli sürüb. Qəzetin yazdığına görə, “yazılanların ciddi olmasına heç bir inam yoxdur…”
Yanvar: Yeni Ferrari maşınının təqdimatı zamanı Felipe Massa təsadüfən Fernando Alonsonun qarşısında dayanır. Massanın mühəndisi Rob Smedli belə bir lövhə qaldrır: “Felipe, Fernando səndən uzundur. Sən məni başa düşdün? Bağışla.”
Fevral: Mixael Şumaherin Formula1-ə qayıtmasının nəticələri: McLaren komandanın üçüncü maşınının sükanı arxasına 81 yaşlı ser Stirlinq Moss oturacaq.
Ona hər bir yarışa görə 4 şillinq və 3 pens ödəniləcək, bundan başqa sponsor Vodafone şirkətindən ayda 100 pulsuz SMS veriləcək, amma mobil telefondan istifadə etməyi öyrəndikdən sonra.
Mart: Force İndia komandası Hindistanın ən böyük şampun istehsalçısı Lotus şirkəti ilə titul sponsor müqaviləsi imzalayır və adını dəyişir – Lotus Force İndia. Komandanın sahibi və başçısı Vicey Malya bildirir: “Bizi Lotus Renault GP və ya Team Lotus komandaları ilə səhv salmayın”. Hər iki Lotus iddia qaldırır.
Aprel: Çin Qran Prisinin finişinə 48 dövrə qalmış Timo Qlokun Virgin-ində yanacaq qurtarır. Bir gün əvvəl mətbuat kofransında şassinin konstruktoru Nik Uirt deyib ki, ən sevdiyi mahnı Britni Spirsin oxuduğu “Oops, İ did it again” (Oy, mən yenə də bunu elədim) mahnısıdır.
Mercedes GP komandasının sürücüsü Mixael Şumaher finiş xəttini 19-cu keçir. Komandanın başçısı Ross Braun deyir: “Mixael yeni qələbələr yolundadır – bu zaman tələb edir.” Mercedes Motorsport-un başçısı Norbert Hauq əlavə edir: “Mən Nikoya…, bağışlayın, Mixaelə inanıram.”
May: Türkiyə Qran Prisinin gedişində Red Bull sürücüləri Mark Uebebr və Sebastyan Fettel toqquşub trasdan çıxırlar. Uebber komanda yoldaşına deyir: “Günah səndədir.” Fettel cavab verir: “Məndə yox, səndədir.” Uebber razılaşmır, mübahisə düşür, Fettel ağlamağa başlayır və mübahisəni dayandırır.
İyun: Ölü doğulmuş US F1 layihəsi yenə də gündəmə çxıır: komanda işə başlayır, yeni sponsor tapır. Piter Uindzor isə deyir: “Biz sponsorumuzun adını deyə bilmərik, amma bizə hələ də sərmayədar lazımdır, hardasa 50 milyon funtumuz çatmır. Amma biz maşını düzəldəndən sonra, təkər bağlayandan sonra, motor qoyandan sonra, baklara yanacaq tökdükdən sonra Qran Prinin startına çıxmağı planlaşdırırıq.”
İyul: Böyük Britaniya Qran Prisinin birinci döngəsindəki qarmaqarışıq qəzadan sonra Lotus maşınları ilk üç yeri tutur. Team Lotus-un sürücüsü Heykki Kovalaynen qələbə qazanır və Robert Kubitsa (Lotus Renault GP) ilə Pol di Restanı (Lotus Force İndia) qabaqlayır. Yarışdan sonra Hispania komandası adının dəyişməsini bəyan edir – Lotus Hispania Racing və bildirir ki, “deyəsən, tarixi addan istifadə uğur gətirir.” Bütün üç Lotus iddia qaldırır.
Avqust: Aerodinamik dahi Ədrian Nyui ikiqat diffuzorlara və F-hava kanallarına qadağanı pozmaq imkanı əldə edir və Red Bull maşınlarına üçqat diffuzor və G-hava kanalı tətbiq edir. Amma Belçika Qran Prisinin gedişində Fettelin bəxti gətirmir, Censon Batton Bus Stop şikanasına girişdə əyləci bloka salır və Fettelin maşınına çırpılır, RB7 trasdan çıxmaqla titul şanslarını da itirir. Fettel yenə də ağlayır, Batton isə etiraf edir: “Üzr istəyirəm, amma özümü saxlaya bilmədim…”
Sentyabr: Ferrari İtaliya Qran Prisinin startına raket yanacağı ilə işləyən doqquz litr tutumlu motorla çıxır – bütün komandalar iddia qaldırırlar. Amma stüardlar iddianı rədd edirlər – FİA-nın reqlamentinə 65-ci maddənin 49-cu bəndinin 16 düzəlişinin D əlavəsində deyilir: “İtaliya Qran Prisində qələbə qazanmaq üçün Ferrari-yə bütün imkanlar yaradılmalıdır, çünki milli komandanın uduzması ölkədə mitinqlərə səbəb ola bilər.”
Qələbəni isə Massa qaznır və Alonsonu qabaqlayır, finişdən sonra Felipe deyir ki, maşın özünü ideal aparırdı, amma radio işləmirdi.
Oktyabr: Hindistan Qran Prisinin ilk yarışında Hispania komandası qalib gəlir, Çandhokun ilk qələbəsi azarkeşləri sevindirir. Peletonun qalan sürücüləri 10 dəfə pit-stopa müraciət edirlər. Çandhok isə finişdən sonra deyir: “Başa düşmürəm ki, nə olub? Yarışdan əvvəl yerli rstoranda yeyib-içmək verirdim, hamını milli mətbəxə qonaq etmişdim, amma hamı qaydada idi.”
Noyabr: Braziliya Qran Prisində ser Stirlinq Moss qələbə qazanır və çempionatda rəqibləri üçün əlçatmaq olur. Mükafat olaraq, McLaren komandası sponsoru Vodafone-dan əlavə olaraq ayda 50 SMS göndərmək imkanı və Santander bankından suvenir fincan hədiyyə edir.
Dekabr: Yekun nəticələr hesablanarkən məlum olur ki, İlin komandası adını Lotus qazanır. Təqdimat mərasimində mükafatı almaq üçün səhnəyə Toni Fernandes (Lotus-un başçısı), Erik Bulye (Lotus-un başçısı), Vicey Malya (Lotus-un başçısı) və Kolin Kolles (Lotus-un başçısı) çıxırlar.
Milad bayramı günlərində Lyuis Həmilton Nikol Şerzingerlə, Censon Batton isə Cessika Miçibata ilə evlənirlər, Mixael Şumaher isə yenidən özünə inanır. Hamı razıdır, hamı sevinir, hamı gülür…