Texniki retro: 2009-cu ilin böyük sarsıntısı

2009-cu ildə Formula 1 qaydaları uzun illər ərzində ilk dəfə ən ciddi dəyişikliklərə uğradı. Demək olar, bütün aerodinamik səthlərin profili elə tərzdə dəyişdirildi ki, asfaltayatma qüvvəsini aşağı salsın, bu zaman təkərlər qanovcuqlardan qurtuldular – bu, mexaniki və aerodinamik ilişmə arasındakı doğru tarazlığı bərpa etməli idi. 

Dəyişikliklərin təşəbbüskarı olaraq diqqətli tədqiqat aparmış Ötmələr üzrə işçi qrup çıxış elədi. Onun məqsədi maşının sürətinin azaldılması və ötmələrə kömək göstərilməsidir – bunun üçün elə dəyişikliklər daxil eləmək planlaşdırılırdı ki, pilota döngələrdə ona sıx yaxınlaşmaqla rəqibi izləməyə imkan versin.

Bolidlərin müqayisəsi. 2008-ci il (aşağıda) və 2009-cu il (yuxarıda)
Bolidlərin müqayisəsi. 2008-ci il (aşağıda) və 2009-cu il (yuxarıda)

 

Bütün dəyişikliklər bu və digər şəkildə maşının ətrafında hava axınlarının paylaşdırılmasının rəsminə toxunurdu. Ön qanad qabaq təkər izi ilə eyni enə malik olmuş və mühəndislərə irəlidən gələn havanı fəal surətdə çölə çıxarmağa imkan vermişdi.

Bu zaman qanadın 500 millimetrlik mərkəzi hissəsi aerodinamik səmərəlilikdə heç cür özünü göstərməyən neytral profilə malik olmalıdır – neytral zona bu cür ərsəyə gəldi. Onun yaranmasının məqsədi bu havanı nisbətən “təmiz” saxlamaqdır ki, o, maşının gövdəsi boyunca keçərkən və arxadan çıxarkən onu təqib edən avtomobilin aerodinamik səmərəliliyini çox aşağı salmasın.

Əvvəllər ikinci pilota turbulent axın nəsib olurdu ki, bu da onu döngələrdə asfaltayatma qüvvəsinin nəzərəçarpacaq hissəsindən məhrum edirdi.

Diffuzorların müqayisəsi. 2009-cu il (yuxarıda) və 2008-ci il (aşağıda)
Diffuzorların müqayisəsi. 2009-cu il (yuxarıda) və 2008-ci il (aşağıda)

 

Əgər ön qanad alçaq və geniş oldusa, arxadakı, əksinə, yüksək və enli oldu. Eyni zamanda diffuzorun uzunluğunu və hündürlüyünü azaltdılar. Bütün bunlar qalxan hava axınının forma, trayektoriya və intensivliyini dəyişməli – və eləcə də təqibçinin vəzifəsini yüngülləşdirməli idi.

Maşının korpusundan bir il əvvəl əhəmiyyətli sayda bunların “ətrafına yapışmış” çoxsaylı xırda qanadcıqlar və digər elementlər yoxa çıxdı.

Nəhayət, pilotlar dövrə boyu iki dəfə ön qanadın yuxarı elementlərinin hücum bucağını altı dərəcə intervalında dəyişmək imkanı əldə etdilər. Bu, rəqibin təqibi zamanı aerodinamik tarazlığı operativ şəkildə təshih etməyə imkan verir.

KERS sistemi. McLaren MP4-24. 2009-cu il.
KERS sistemi. McLaren MP4-24. 2009-cu il.

 

Trasda mübarizənin kəskinləşməsinin daha bir vasitəsi kinetik enerjinin rekuperasiyası (yenidənbərpası) sistemi – KERS oldu. O, pilotun əvvəllər əylənmədə udulan 400 kC elektrik enerjisini təkrar olaraq hərəkətə gətirməsinə imkan yaradırdı. Bu, 6,7 saniyə ərzində tam gücü ilə çalışan mühərriyin işinə bərabər olan əlavə 60 kVt (80 at qüvvəsinə yaxın) güc verirdi.

Bunlar analoji təyinatlı müasir sistemlərə tərəf yalnız ilk addımlar idi. Addımlar hələ çox inamsız idi – qurğunun ümumi çəkisi 30 kq-a çatırdı və hətta əgər o çalışmaqdan qalırdısa, istənilən halda bütün bu ballastı özü ilə daşımalı olurdu. Bəzən bundan yaranan itkilər potensial qazancdan xeyli ağırçəkili olurdu.

Nəticədə nə Brawn-dan olan çempionlar, nə Red Bull-dan olan gümüş mükafatçıları çəkidə qənaətə üstünlük verərək KERS-dən istifadə etmədilər. McLaren və Ferrari başqa cür düşündülər, amma onlar da qurğudan yalnız ayrı-ayrı yarışlarda yararlanırdılar.

2010-cü ildə komandalar daha səmərəli texnologiyanın meydana gəlməsinə qədər rekuperatorlardan imtina edərək centlmen razılaşması bağladılar. 2011-ci ildən maşınların start çəkisi artdı ki, bu da tərəzinin gözünü KERS-in xeyrinə dəyişdi.

 

BGP 001

Brawn GP komandasının tarixi artıq çoxdan ehkami olub – külündən yenidən doğulmuş Honda, özünün birinci və yeganə mövsümündə hər iki titulu əldə etdi. Söyləməyə dəyər ki, çempionatın sonunda layihəni bütünlüklə satın almış Mercedes-in mühərrikləri olmadan bu çətin ki, mümkün olaydı.

İndi təsdiq etmək olar ki, o vaxt, 2009-cu ildə, Ross Braun tamamilə doğru seçim etdi. Üçşüalı mühərriklərdən savayı həm də Ferrari variantı vardı. Ancaq onların mühərrikləri yalnız KERS-li versiyalarla satılırdı və şassiyə çox pis uyğunlaşırdılar. Nəticədə Brawn-da çəkiyə qənaət etməyi bacardılar və özlərini mürəkkəb rekuperatorla baş ağrısından xilas etdilər.

Splitterin üzərindəki ballast. Brawn BGP 001. 2009-cu il.
Splitterin üzərindəki ballast. Brawn BGP 001. 2009-cu il.

 

Sonucda ballastın böyük hissəsini maşının splitterində, yəni maşının ön aşağı hissəsində yerləşdirmək mümkün oldu ki, bu da kütlələr mərkəzi nöqteyi-nəzərindən olduqca faydalıdır və ümumi balansda özünü pozitiv göstərir.

Bundan başqa, komandada formasına görə qar kavahınını xatırladan splitterdən istifadə etmək qərarına gəldilər. Yan deflektorların ölçülərinin əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasından sonra bu, maşının altından keçən hava axınlarını altlığın ön kənar-haşiyəsindəki çox mühüm sahəyə istiqamətləndirib bunların savadlı şəkildə paylaşdırılmasına kömək etdi.

Brawn BGP 001
Brawn BGP 001

 

Mühərrik təchizatçısının növbələşməsi BGP 001-i xeyli uzağa ata bilərdi, amma hələ Honda-nın pulu ilə yaradılan şassi bir çox anlamlarda o qədər uğurlu alındı ki, mümkün itkiləri kompensasiya etməyə imkan verdi. Reqlamentdə baş verəcək dəyişiklikləri əvvəlcədən bilərək, bunlar üzərində işə, əslində 2008-ci il mövsümünü qurban verərək başladılar.

O zamanlar hələ bir neçə aerodinamik borunu eyni vaxtda çalışdırmaq mümkün idi və mühəndislərə ciddi göstəricilər massivi toplamağa imkan yaradaraq Honda-da dayanmadan işləyirdilər. Bütün mümkün variantları araşdırmaqla, bu informasiya nəticədə maşının aparıcı hissələri üçün ən yaxşı həlləri seçməyə imkan yaratdı.

Brawn BGP 001-in arxa qanadının detalları
Brawn BGP 001-in ön qanadının detalları

 

Belə qərarlardan biri ikiqat (qoşa) diffuzor oldu. Ross Braunun xatirələrinə görə, onu əvvəllər Super Aguri komandasında işləmiş, onun bağlanmasından sonra isə Honda F1-in yapon mühəndis bürosuna cəlb edilmiş bir mühəndis düşünüb tapmışdı.

Qoşa diffuzor əsl supersilah oldu: o əhəmiyyətli üstünlüyü təmin etdi və digər komandaları tələsik olaraq öz məxsusi analoqlarını işləyib hazırlamağa vadar elədi.

Lakin, başqa maraqlı detallar da vardı. Ön qanadın artıq xatırladılan hərəkətli elementi hiyləgər özəlliyə malik idi: ötürücü iç tərəfdən kiçik meydançaya bərkidilirdi, çöl tərəfdən isə qurğunun fəallaşdırılması zamanı öz vəziyyətini dəyişən və havanı ön təkərdən yan keçməklə yenidən istiqamətləndirən iri yan lövhə yerləşirdi.

Brawn BGP 001-in ön hissəsinin detalları. 2009-cu il.
Brawn BGP 001-in ön hissəsinin detalları. 2009-cu il.

 

Əgər əvvəlki mövsümlə müqayisə etsək, ön qanadın daha aşağı yerləşməsi komandanı asılqan linkinin və sükanın dartı qüvvəsinin həndəsəsinə olan öz baxışlarını yenidən gözdən keçirməyə məcbur elədi.

İndi onlar həmçinin, ön qanaddan ötən və irəliyə doğru, maşının korpusu boyunca keçən hava axınlarına nəzarətdə rol oynayırdı. Linklər və dartıcılar bir-birinin ardınca yerləşirdi ki, bu da onların səthinin ümumi sahəsini artırmağa imkan verdi.

Brawn BGP 001-in yan pontonlarının detalları
Brawn BGP 001-in yan pantonlarının detalları

 

Belə ki, KERS-in yoxluğu soyutma sisteminə düşən yükü kəskin azaldırdı, BGP 001 yan pantonları çox yığcam alındı, aşağı hissədə güclü əyilməni reallaşdırmağa imkan verdi. Bu, havaya arxa təkərlər və diffuzor istiqamətində geniş yol açdı.

Biz heç öyrənə bilmədik ki, bu maşın Honda mühərriyi ilə nələrə yetişməyə imkan verərdi, ancaq istənilən halda onu hətta sanballı resurslara belə sahib olmadan rəqibləri udmağa imkan vermiş savadlı mühəndis planlamasının görkəmli nümunələrindən biri adlandırmaq mümkündür.

Mənbə: Giorgio Piola, Matt Somerfield, Afgan Haji
, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*