F-1.az xəbər verir ki, reqlamentə görə güc qurğusu 6 elementdən ibarətdir: daxiliyanma mühərriki, turbin, MGU-H və MGU-K generatorları, akkumulyator və idarəeetmə bloku.
Cümə günü FİA maşınlarda olan elemtlərin sayını dərc etdikdən bir qədər sonra komadnaların bəzi maşınlardan müəyyən elementləri dəyişdiyini bəyan edib. Belə ki, Şarl Lekler, Karlos Sayns, Lyuis Həmilton, Corc Rassell, Oskar Piastri, Ləns Stroll, Fernando Alonso, Kevin Maqnussen, Niko Hülkenberq, Yuki Tsunoda, Aleks Əlbon və Loqan Sarcentin maşınlarında müəyyən elementlər yenisi ilə əvəz olunub.
Bu əvəzləməl icazəli limit çərçivəsində edildiyi üçün sürücülərə qarşı heç bir sanksiya tətbiq edilməyəcək.