F-1.az xatırladır ki, Spa Frankorşamps və Montsa trasları mühərriyə qarşı tələbkardır. Bu həftəsonundan əvvəl beş sürücü – Maks Ferstappen, Sebastyan Fettel, Esteban Okon, Karlos Sayns və Corc Rassel – üçüncü güc qurğusuna keçid etmişdi. Spadan əvvəl isə 11 sürücü üçüncü güc qurğusunu götürüb. Bu sürücülər Lyuis Həmilton, Valtteri Bottas, Serxio Peres, Daniel Rikkardo, Lando Norris, Fernando Alonso, Şarl Lekler, Pyer Qasli, Yuki Tsunoda və Nikolas Latifidir. Bu isə o deməkdir ki, Ferrarid-dən Karlos Sayns və Ferrari-nin müştəri komandaları Haas və Alfa Romeo üçüncü güc qurğularına keçməyiblər.
Mövsümün bitməsinə hələ 11 yarış var. Buna görə də əksər sürücülərin mühərriyə görə startda yer itirmə cəzası almaları ehtimalı böyükdür. Çünki reqlamentə görə hər sürücü üç güc qurğusundan istifadə edəbilər. Bəzi komandalar vəziyyətə yaxşı nəzarət edərək, mövsümü 3 motorla bağlaya bilər, amma bu, hamıya aid deyil.