SportsPro jurnalı çox maraqlı bir aksiyadan xəbər verib, Movistar və Vodafone kimi böyük telefon operatorları İspaniyada yayım hüququna malik olan La Sexta telekanalı ilə razılığa gəliblər və yarış uik-endinin vacib hadisələrini mobil telefonların ekranlarına ötürəcəklər. Sərbəst yürüşləri və sıralanma turunu pulsuz yaymaq nəzərdə tutulub, amma yarışa baxmaq üçün müəyyən məbləğ ödəmək lazım gələcək. Belə texnologiyalar Yaponiyada olduqca populyardır və yaxın vaxtlarda Avropada da yayılacaq.
Təəssüf ki, Azərbaycanda belə bir xidməti hələ çox gözləməli olacayıq, ən azı 3G şəbəkələrinin inkişafını gözləməliyik…